Modern.az

Şəhid ailələri Çanaqqala şəhərini ziyarət ediblər - FOTOLAR

Aktual

8 May 2024, 11:26

"Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyi və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) təşkilatçılığı, "Azərbaycan Hava Yolları" QSC-nin tərəfdaşlığı ilə şəhid ailə üzvlərindən ibarət olan 28 nəfərlik heyət Türkiyənin Çanaqqala şəhərini ziyarət edib.

Modern.az xəbər verir ki, səfərin ilk günündə Çanaqqala şəhərinin valisi İlhami Aktaş şəhid ailələri ilə görüşərək onları öz şəhərlərində görməkdən çox xoş olduqlarını bildirib və bu cür səfərlərin iki qardaş xalq arasında ortaq dəyərlərin inkişaf etdirilməsi baxımından mühüm əhəmiyyəti olduğunu vurğulayıb.

Səfər çərçivəsində şəhid ailələri “57-ci Alay Şəhidliyi”, “Çanaqqala Şəhidlər Abidəsi”, “Zəfər Muzeyi”, “Troya atı Muzeyi”, “Dəniz Muzeyi”, “Hisart Canlı Tarix Muzeyi”, “Seyit Onbaşı Abidəsi”, “Atatürk Abidəsi”, “Nusret Mayın Gəmisi” və “Aynalıçarşı” kimi Çanaqqala şəhərinin tarixi məkanlarını ziyarət ediblər. Həmçinin Çanaqqalada yerləşən Azərbaycan şəhidlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edən şəhid ailələri hər iki qardaş xalqın Vətənləri uğrunda canlarından keçən qəhrəman şəhidlərini dərin ehtiramla yad ediblər.

Şəhid ailələri Çanaqqala şəhərini ziyarət ediblər - FOTOLAR

Şəhid ailələri Çanaqqala şəhərini ziyarət ediblər - FOTOLAR

Şəhid ailələri Çanaqqala şəhərini ziyarət ediblər - FOTOLAR

Şəhid ailələri Çanaqqala şəhərini ziyarət ediblər - FOTOLAR

Şəhid ailələri Çanaqqala şəhərini ziyarət ediblər - FOTOLAR

Şəhid ailələri Çanaqqala şəhərini ziyarət ediblər - FOTOLAR

Şəhid ailələri Çanaqqala şəhərini ziyarət ediblər - FOTOLAR

Şəhid ailələri Çanaqqala şəhərini ziyarət ediblər - FOTOLAR

Şəhid ailələri Çanaqqala şəhərini ziyarət ediblər - FOTOLAR

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi