Modern.az

“Ərdoğanın Şuşa səfəri “Qarabağdan gözünüzü çəkin, Qarabağ Azərbaycanındır!” deməkdir” – Milli Qəhrəman

“Ərdoğanın Şuşa səfəri “Qarabağdan gözünüzü çəkin, Qarabağ Azərbaycanındır!” deməkdir” – Milli Qəhrəman

Aktual

15 İyun 2021, 13:34

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 28 il sonra Ermənistanın işğalından azad edilmiş Şuşada bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən rəsmi mərasimlə qarşılanacaq. Bu səfər bütün dünya dövlətləri üçün önəmli bir mesajdır.

Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynov səfərlə bağlı fikirlərini Modern.az-la bölüşüb.


“30 ildir işğal altında olan torpaqları iki dövlətin birliyi azad etdi. Qarabağ səfəri isə Türkiyə-Azərbaycan qardaşlığını bir daha sübut edir. Türkiyə dünyanın hegemon dövlətlərindən biridir, Azərbaycanın qardaş ölkəsidir bu çox qürurvericidir.

Cənab Ərdoğanın bu səfəri “Qarabağdan gözünüzü çəkin, Qarabağ Azərbaycanındır!” deməkdir”.


Mehri Qurban

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək