Modern.az

Sabahdan hava isti olacaq

Sabahdan hava isti olacaq

Aktual

16 Noyabr 2012, 12:59

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, noyabrın 17-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Axşam buludluluğun artacağı gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 9-11, gündüz 13-16 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sabah hava əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. Havanın temperaturu gecə 8-11, gündüz 13-17, dağlarda gecə 1-5i, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.

Həftə sonu Abşeron yarımadasının yüksək atmosfer təzyiqi sahəsinin təsiri altında olması və mövsümə uyğun hava şəraiti meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Şok plan üzə çıxdı: Putin belə devriləcək