Modern.az

Bir ailə göbələkdən zəhərləndi: Ölən var

Bir ailə göbələkdən zəhərləndi: Ölən var

19 Oktyabr 2021, 23:29

Qax rayonunda göbələkdən zəhərlənmə baş verib.

 

Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, rayonun Tasmalı kənd sakinləri - 1974-cü il təvəllüdlü Qasımov Mübariz İbrahimxəlil oğlu, onun övladı – 2009-cu il təvəllüdlü Qasımlı Murad Mübariz oğlu və qohumu – 2012-ci il təvəllüdlü Qasımzadə İbrahimxəlil Həbib oğlu göbələkdən zəhərlənərək, Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

 

Xəstələrin vəziyyətləri ağır olduğundan onlar Bakı şəhərindəki xəstəxanalardan birinə göndəriliblər.

 

Məlumata görə, Qasımlı Murad Mübariz oğlu xəstəxanada dünyasını dəyişib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!