Modern.az

Hafiz Hacıyev SAĞALIR

Hafiz Hacıyev SAĞALIR

Aktual

28 Oktyabr 2021, 15:14

“Bu gün Hafiz Hacıyevin səhhəti yaxşılaşmağa doğru gedir”.

 

Bu barədə Modern.az-a Hafiz Hacıyevin rəhbəri olduğu Müasir Müsavat Partiyasının sədr müavini Könül İsmayılova məlumat verib. O qeyd edin ki, koronavirusdan müalicə alan H. Hacıyevin saturasiyası 92-dir:

 

“Hafiz Hacıyevin səhhəti ilə bağlı gündəlik məlumatlar mənə Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsindən verilir. Bu günə olan duruma əsasən, bədəndəki infeksiya azalıb, aparatla oksigen qəbulunun faizi artıb. Reanimasiyada müalicəsi davam edir, vəziyyəti stabildir”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Deputat Milli Məclisdən çağırış etdi - Paşinyan Bakıya gəlsin!