Modern.az

Köçkünlərə tikilən evlərin aqibəti necə olacaq?

Köçkünlərə tikilən evlərin aqibəti necə olacaq?

Aktual

23 Noyabr 2021, 17:06

Əmək və əhalinin sosial müdafiə nazirinin müavini Anar Kərimov keçmiş məcburi köçkünlər üçün tikilən evlərin aqibətinə aydınlıq gətirib.

 

Modern.az-ın xəbərinə görə nazir müavini bildirib ki, keçmiş məcburi köçkünlər üçün tikilən 6 365 mənzilin şəhid ailələri və qazilərə verilməsi üçün iş aparılır.

 

Nazir müavini postmüharibə məsələsini də qeyd edib:

 

“Xüsusilə şəhid ailələri və qazilərlə bağlı məsələlər qaldırılıb. Bu həssas təbəqədən olan 8200 şəxslə bağlı müvafiq məşğulluq tədbirləri həyata keçirilib. Növbəti il üçün qarşıda duran hədəflər peşə və kvalifikasiyanın sayının 500-ə çatdırılmasıdır. Sosial müavinətlərin artırılması ilə bağlı da fəaliyyət davam etdirilir”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok