Modern.az

Ukraynadakı münaqişədə tərəf deyilik - Çin lideri

Ukraynadakı münaqişədə tərəf deyilik - Çin lideri

Dünya

5 May 2024, 23:52

Fransanın “Le Figaro” qəzetində Çin lideri Si Cinpinin məqaləsi dərc edilib.

 

Modern.az xəbər verir ki, Çin liderinin Parisə səfərindən əvvəl dərc olunan məqalədə Pekinin Ukraynadakı münaqişənin həlli yollarını tapmaq üçün beynəlxalq ictimaiyyətlə işləmək istədiyini bildirilir.

 

"Biz ümid edirik ki, sülh və sabitlik tezliklə Avropaya qayıdacaq və biz böhranı həll etmək üçün yaxşı yollar tapmaq məqsədilə Fransa və bütün beynəlxalq ictimaiyyətlə işləmək niyyətindəyik", - o yazıb.

 

Si Cinpin Çinin münaqişədə "nə dolayısı ilə, nə də birbaşa tərəf olmadığını" vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi