Modern.az

Ermənistan beynəlxalq hüquqa gerçək münasibəti göstərir - Deputat

Ermənistan beynəlxalq hüquqa gerçək münasibəti göstərir - Deputat

Aktual

14 Dekabr 2021, 11:23

"Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin hücum siyasəti doktrinasının ən mühüm komponentlərindən birini Ermənistanın beynəlxalq hüqüqa zidd əməllərə görə məsuliyyətə cəlb olunması təşkil edir".

 

Modern.az xəbər verir ki, bu fikirləri parlamentin bu gün keçirilən plenar iclasında çıxış edən deputat Nizami Səfərov bildirib.

 

Onun sözlərinə görə, otuz ilə yaxın bir müddətdə davam edən silahlı münaqişəni hüquqi müstəvidə və informasiya sahəsində qarşıdurma əvəz edib:

 

"Bu istiqamətdə atılan ilk mühüm addım 21 dekabr 1965-cı il tarixli İrqi ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq konvensiyanın kobud şəkildə pozulması ilə bağlı Birləşmiş Millətlər Təşklatının əsas orqanları sırasına daxil olan Beynəlxalq Məhkəməyə müraciətdir. Azərbaycan tərəfindən təqdim edilən sənəddə Ermənistanın yol verdiyi beynəlxalq hüquqi pozuntular dörd fərqli qrupda cəmləşdirilib:

 

Birincisi, Ermənistanın Azərbaycanlılara Qarşı Etnik Təmizləmə Kampaniyası: Birinci Qarabağ Müharibəsi (1991-1994-cü illər); İkincisi, Ermənistanın Azərbaycanlılara Qarşı Etnik Təmizləmə Kampaniyası: İşğal Dövrü (1994–2020-ci illər); Ücüncüsü, Ermənistanın Azərbaycanlılara Qarşı Etnik Təmizləmə Kampaniyası: İkinci Qarabağ Müharibəsi (2020-ci il); və nəhayət Dördüncüsü Ermənistan hakimiyyətinin Azərbaycan əleyhinə nifrət və dezinformasiya kampaniyasının təşkil edilməsi.

 

Artıq müvafiq dinləmələr başlamışdır və 7 dekabr 2021-ci il tarixində Beynəlxalq Məhkəmənin Nizamnaməsini 41-ci maddəsinə əsasən Azərbaycan Respublikasının şikayəti üzrə müvəqqəti təbdirlər haqqında qərar qəbul edilmişdir. Həmin qərara əsasən, Ermənistan Respublikası İrqi ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq Konvensiyadan irəli gələn öhdəliklərinə uyğun olaraq, öz ərazisindəki təşkilatlar və fiziki şəxslər də daxil olmaqla, milli və ya etnik mənşəli azərbaycanlılara qarşı irqi nifrətin qızışdırılmasının və təşviqinin qarşısını almaq üçün bütün zəruri tədbirləri görməlidir.

 

Azərbaycan Respublikası Birləşmiş Millətlər Təşkilatının beynəlmiləl məhkəmə qurumunun beynəlxalq ədaləti və dövlətlərin ümumi davranış qaydalarını ehtiva edən beynəlxalq hüququ bərpa etməsini gözləyir.

 

Çıxışımın sonunda Ermənistan tərəfinin hüquqi riyakarlıqını təsdiq edən bir fakta istinad etmək istərdim. Məlum olduğu kimi, Ermənistan da öz növbəsində Azərbaycan tərəfinin guya 1965-ci il tarixli Konvesiyanı pozması ilə bağlı Beynəlxalq məhkəməyə müraciət etmişdir. Siz təsəvvür edin ki, 23 iyul 1993-cü il tarixində, yəni İrqi ayrıseçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Beynəlxalq konvensiyanın Ermənistana münasibətdə qüvvə mindiyi gün işğalçı dövlətin silahlı qüvvələri Ağdam rayonunu yerlə yeksən edib burada etnik təmizləmə siyasətini davam etdirmişlər. Budur Ermənistanın beynəlxalq hüquqa gerçək münasibəti"

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi təlimlərə çağırılmanın səbəbi bilindi:Hazırlıq gedir,tapşırıq var