Modern.az

İctimai nəqliyyat jurnalistlər üçün pulsuz OLSUN!

İctimai nəqliyyat jurnalistlər üçün pulsuz OLSUN!

Aktual

14 Dekabr 2021, 16:28

Milli Məclisin bu gün keçirilən plenar iclasında çıxış edən Zahid Oruc jurnalistlərlə bağlı təklif irəli sürüb.

 

Modern.az-ın xəbərinə görə, deputatın təklifi bu cür olub:

 

"Biz istərdik ki, hökumət jurnalistlər üçün ictimai nəqliyyatdan pulsuz istifadəni, sosial ipoteka və vergi güzəştlərinə dair təklifləri də qəbul etsin. Söhbət büdcə yükü heç 1 milyona çatmayan məbləğdən gedir. Lakin medianın qanuni maliyyələşməsi və onun dayanıqlı iqtisadi bazasının yaradılması üçün dövlət maliyyələşməsinin şəffaf, açıq və hesabatlılıq şəraitində aparılması tələb edilir. Qanun layihəsi həm də özəl investisiyanın bu sahəyə qoyulmasını təşviq edir”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi təlimlərə çağırılmanın səbəbi bilindi:Hazırlıq gedir,tapşırıq var