Modern.az

Qızını “qaçıran” ata DANIŞDI: “Nilufər burda qalmaq istəyir...”

Qızını “qaçıran” ata DANIŞDI: “Nilufər burda qalmaq istəyir...”

Aktual

26 Yanvar 2022, 17:55

“Qızım hazırda mənim yanımdadır və əhvalı çox yaxşıdır”.

Bunu Modern.az-a açıqlamasında Salyanın Xıdırlı kəndinin sakini, azyaşlı qızını qaçırdığı deyilən Sovqat Göyüşov bildirib.

O, qızı Nilufəri qaçırmadığını, əlində övladı ilə bağlı məhkəmə qərar olduğunu söyləyib.

“Mənimlə normal danışsalar, ana qohumların qızımla görüşünə icazə verəcəm. Ötən gündən Salyanın icra başçısının müavini, Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi, polislər Nilufərin yanına gəliblər. Qızım özü onlara dedi ki, mən bacımla qalıram. İkinci yoldaşıma “bacı” deyir. Hamısına da uşaq özü cavab verib, mən yox".

S.Göyüşov qeyd edib ki, Nilufər hələlik dərslərini evdə davam etdirir və qısa müddətdən sonra yenidən məktəbdə təhsil almağa başlayacaq.

Bundan əlavə, haqqında yayılan iddialara aydınlıq gətirən S.Göyüşov birinci həyat yoldaşı Kəmalənin öz ata evində intihar etdiyini vurğulayıb.

“Mənim evimdə olmayan hadisəyə görə, nəsə deyə bilmərəm. Hadisə baş verən zaman biz boşanmamışdıq. Sadəcə 10 gündən çox idi ki, atasıgildə qalırdı. Anasının evi ilə mənim evim eyni kənddədir. O atasıgildə olanda barışıq üçün heç bir cəhd eləmədim. Yalandan deyə bilmərəm ki, onu evə qaytarmaq üçün zəng etmişəm”.

Qeyd edək ki,  “Azərbaycan Uşaqları” İctimai Birliyinin sədri Kəmalə Ağazadə Salyanın Xıdırlı kəndində 11 yaşlı qız uşağının batası tərəfindən əmisinin evinə qaçırılması barədə məlumat paylaşıb. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var