Modern.az

Özəl sektorda çalışanlara da atalıq məzuniyyəti veriləcək - RƏSMİ

Özəl sektorda çalışanlara da atalıq məzuniyyəti veriləcək - RƏSMİ

31 Yanvar 2022, 09:56

Ötən həftə Azərbaycanda atalıq məzuniyyətinin hansı şərtlərlə veriləcəyi açıqlanıb. Belə ki, həyat yoldaşı doğuşa və hamiləliyə görə məzuniyyətdə olan şəxslər doğum ərəfəsində ananın doğuş üçün müraciət etdiyi xəstəxanadan arayış almalı olacaqlar. Həmin tibbi arayışı iş yerinə təqdim etməlidirlər. Sözügedən arayış əsasında iş yeri ata namizədlərinə 14 gün müddətinə ödənişli məzuniyyət verəcək.

 

Bu qayda özəl qurumlarda necə tətbiq olunacaq?

 

Məsələ ilə bağlı Modern.az saytına açıqlama verən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin mətbuat katibi Aynur Osmanqızı bildirib ki, sözügedən qanun bütün müəssisələrə və qurumlara şamil ediləcək.

 

Onun sözlərinə görə, qərarlar ölkə üzrə hər bir müəssisəyə və quruma aiddir. Burada dövlət və özəl sektor arasında fərq qoyulmayacaq.

 

Qeyd edək ki, ödənişli atalıq məzuniyyətinin verilməsi qanunvericiliyə daxil edilir. Layihəyə əsasən, atanın məzuniyyət pulu standart qaydada ödəniləcək. Bundan əlavə, hər bir övlad üçün atalıq namizədi hüquqdan istifadə etmək mümkün olacaq. 

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir