Modern.az

Altı aydan beş yaşa qədər uşaqlarda peyvənd vurulacaq

Altı aydan beş yaşa qədər uşaqlarda peyvənd vurulacaq

2 Fevral 2022, 09:02

"BioNTech" şirkəti altı aydan beş yaşa qədər uşaqlara koronavirusa qarşı hazırladıqları peyvəndinin istifadəsi üçün Amerikadan icazə istəyib.

 

Modern.az xarici KİV-ə istinadən bildirir ki, bu barədə şirkət özü məlumat paylaşıb.

 

İzacə ABŞ Qida və Dərmanların keyfiyyətinə nəzarət üzrə İdarəsinə təqdim olunub.

 

"Pfizer" şirkətinin rəhbəri Albert Burla bildirib ki, COVID-19-a yoluxan beş yaşdan kiçik uşaqların xəstəxanaya yerləşdirilmələrinin sayı artmasının qarşısını almaq üçün bu təklifi irəli sürdüklərini bildirib:

 

“ABŞ Qida və Dərmanları ilə ortaq məqsədimiz infeksiyanın gələcək variantlarına hazırlaşmaq və valideynlərə uşaqlarını bu virusdan qorumaq üçün imkan yaratmaqdır".

 

Açıqlamada həmçinin qeyd edilib ki, infeksiyaya qarşı "yüksək səviyyəli qorunma" əldə etmək üçün uşaqlara peyvəndin üç dozası lazımdır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var