Modern.az

Məhkəmə hökmlərinin tanınması qaydası YENİLƏNİR

Məhkəmə hökmlərinin tanınması qaydası YENİLƏNİR

Aktual

11 Oktyabr 2022, 12:46

Cinayət Məcəlləsində qanunla müəyyən edilmiş qaydada tanınmış xarici dövlətlərin məhkəmə hökmlərindən irəli gələn məhkumluğun cinayətlərin residivi zamanı və cəza təyin edilərkən nəzərə alınması qaydası müəyyən edilir.

 

Modern.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklər müzakirəyə çıxarılıb.

 

Qanun layihəsi “Cinayət fəaliyyətindən əldə edilən gəlirlərin leqallaşdırılmasına, axtarışına, həbsinə, müsadirəsinə və terrorçuluğun maliyyələşdirilməsinə dair” Avropa Şurası Konvensiyasının 11-ci (əvvəlki qərarlar) maddəsinin icrası məqsədi ilə hazırlanıb. Konvensiyanın 11-ci maddəsinə əsasən, hər bir tərəf bu Konvensiyaya uyğun olaraq müəyyən edilmiş cinayət əməllərinə münasibətdə fiziki və ya hüquqi şəxsə qarşı Konvensiyanın digər tərəfində qəbul edilmiş yekun qərarların cəza təyin edərkən nəzərə alınmasını mümkün edən qanunvericilik və digər zəruri tədbirləri qəbul edir.

 

Eyni zamanda bu layihədə əvvəllər barəsində cinayət-hüquqi tədbir tətbiq olunmuş hüquqi şəxsə yeni cinayətə görə cinayət-hüquqi tədbir təyin olunmasının mexanizmlərinin Cinayət Məcəlləsinə əlavə edilməsi təklif edilir.

 

Müzakirələrdən sonra layihə səsə qoyularaq, birinci oxunuşda qəbul edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi