Modern.az

Deputat sahibkarların problemini gündəmə gətirdi

Deputat sahibkarların problemini gündəmə gətirdi

Aktual

11 Oktyabr 2022, 16:12

"Dövlət kiçik və orta biznes subyektlərinin (KOB) ixracını dəstəkləməlidir. Bu olmadığı üçün sahibkarlar məhsullarını xarici bazara çıxara bilmirlər".

 

Modern.az xəbər verir ki, bunu Milli Məclisin payız sessiyasının bu gün keçirilən plenar iclasında çıxış edən deputat Elşad Mirbəşiroğlu deyib.

 

O qeyd edib ki, biznes subyektlərin təkcə yaradılmasına dəstək verilməsi effektiv deyil: 

 

"KOB-lar yaradılarkən sahibkarlara müəyyən dəstək verilir, amma onların ixracı dəstəklənmir. Halbuki, əksər ölkələrdə müəssisələrin 90 faizi mikro, kiçik və orta sahibkarlıq subyektlərinə məxsusdur. Məşğulluğun isə 70 faizini onlar təmin edir".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi