Modern.az

Deputatdan fondlarla bağlı təklif: Ən etibarlı yol budur!

Deputatdan fondlarla bağlı təklif: Ən etibarlı yol budur!

Aktual

11 Oktyabr 2022, 16:22

Dövlət Sosial Sığorta, İcbari Tibbi Sığorta, İşsizlikdən Sığorta fondlarına Milli Məclis nəzarətinin artırılması təklif olunub.

 

Modern.az xəbər verir ki, bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Əli Məsimli çıxış edib.

 

O bildirib ki, adıçəkilən fondların vəsaitlərinin artırılması belə təklifin irəli sürülməsinə əsas verir:

 

“İcmal büdcənin parlament müzakirəsindən keçməsi vacibdir. Bu, Azərbaycan büdcəsinin şəffaflığının artırılmasının ən etibarlı yoludur”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi