Modern.az

Hərbi xidmətə gedəcəkdi, parkda öldürüldü 

Hərbi xidmətə gedəcəkdi, parkda öldürüldü 

Aktual

20 Noyabr 2022, 09:00

Türkiyənin Dənizli vilayətində iki qrup arasında silahlı qarşıdurma faciə ilə nəticələnib.

 

Modern.az xəbər verir ki, hadisə Dənizlinin Selçukbey məhəlləsinin Kazım Arslan parkında baş verib.

 

Əvvəllər də aralarında münaqişə baş vermiş qruplar parkda üz-üzə gələrək, münasibətlərini aydınlaşdırmağa çalışıblar. Mübahisə silah səsləri ilə əvəzlənib.  Nəticədə bir nəfər ölüb, iki nəfər ağır yaralanıb. 

 

Öldürülən 23 yaşlı Hüseyn Niyaz adlı şəxs bir neçə gün sonra həqiqi hərbi xidmətə yollanacaqmış.

 

O, yaralı halda xəstəxanaya qaldırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

 

Qanlı olaydan sonra polis hərəkətə keçib və hadisənin iştirakçılarından 3 nəfəri saxlayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi