Modern.az

Jurnalist anasının ölümündə klinikanı ittiham edir - Xəstəxana məlumat yaydı

Jurnalist anasının ölümündə klinikanı ittiham edir - Xəstəxana məlumat yaydı

19 Mart 2024, 16:16

“Stimul Hospital” Şirvan şəhər sakini Bahar Qasımovanın 18 mart 2024-cü ildə baş verən ölümü ilə bağlı açıqlama yayıb.

 

Modern.az xəbər verir ki, açıqlamada deyilir:

 

“1967-ci il təvəllüdlü xəstə 07.03.2024-cü il tarixdə ürək bulanma, tək-tək qusma, göbək altı nahiyədə ağrılar, arıqlama şikayətləri ilə hospitala müraciət edib. Həkimin apardığı obyektiv müayinə və analizlər əsasında xroniki qastritin və xroniki kolitin kəskinləşməsi diaqnozu qoyulub, ambulator şəraitdə qan azlığına görə müalicəsinə başlanıb.

 

09.03.2024-cü il tarixdə xəstə “İstanbul NS Kilinikası”nda qastrofibroskapiya müayinəsindən keçib.

 

11.03.2024-cü tarixdən başlayaraq 18.03.2024-cü il tarixədək xəstəyə ambulator şəraitdə antianemik müalicə tətbiq olunması üçün sistemlər köçürülüb, sistemlərin heç bir əlavə təsiri olmayıb.

 

18.03.2024-cü il tarixdə xəstə “İstanbul NS Klinikası”nda ağciyərin rentgeni müayinəsindən keçib, həmin tarixdə sistem köçürülməsi üçün hospitala gəldikdən sonra sistem köçürülən zaman xəstənin vəziyyəti anidən pisləşib. Xəstəyə dərhal reanimasion tədbirlər (süni tənəffüs, ürək masajı, adrenalin inyeksiyası) görülüb. Yarım saatdan artıq aparılan reanimasion tədbirlərə baxmayaraq, xəstəni xilas etmək mümkün olmayıb.

 

Baş vermiş faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Ölümün dəqiq səbəbi təyin olunmuş ekspertiza nəticəsində müəyyən olunacaq. Hospitalın kollektivi adından xəstənin yaxınlarına dərin hüznlə başsağlığı veririk”.

 

***

12:00

 

Bakının Sabunçu rayonunda hospitalda ölüm faktı qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, martın 18-də 1967-ci il təvəllüdlü Bahar Qasımovanın Sabunçu rayonu ərazisində yerləşən “Stimul Hospital”da ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

 

Qeyd edək ki, mərhumun oğlu, jurnalist Fərahim Qasımov anasının ölümündə klinikanı ittiham edir. Onun sözlərinə görə, anasının qızdırması olmasına baxmayaraq ona sistem köçürülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü