Modern.az

Bakıda 2500 manatlıq elektron siqaret oğurlandı

Bakıda 2500 manatlıq elektron siqaret oğurlandı

Aktual

27 Mart 2024, 11:04

Bakıda 2500 manatlıq elektron siqaret oğurlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

 

Bildirilib ki, Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisindəki mağazaların birindən 2500 manat dəyərində elektron siqaret oğurlamaqda şübhəli bilinən, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Elməddin Azizov müəyyən olunaraq saxlanılıb.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir