Modern.az

Kamran Əliyev vəzifəsindən azad edildi

Kamran Əliyev vəzifəsindən azad edildi

Aktual

27 Mart 2024, 15:50

DİN Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat-İmtahan və Texniki Baxış İdarəsinin rəisi, polis polkovniki Kamran Əliyev vəzifəsindən azad edilib.

 

Modern.az Avtosfer.az-a istinadən xəbər verir ki, Kamran Əliyev daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə xidmətdə olmanın son yaş həddinə görə təqaüdə göndərilib.

 

Hələlik onun yerinə təyinat yoxdur.

 

Qeyd edək ki, Kamran Əliyev uzun illər Baş DYP İdarəsinin ictimai əlaqələr şöbəsinin, daha sonra isə YPX Şöbəsinin rəisi olub. Bir neçə il idi ki, idarə rəisinin müavini vəzifəsində çalışırdı. 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir