İrəvanın keçmiş meri Hayk Marutyan tezliklə partiya yaradacaq.
Modern.az xəbər verir ki, Marutyanın komandası “Azatutyan”la söhbətində bunu təsdiqləyib.
Onun partiyası "Yeni güc" adlanacaq.
Yeni yaradılan partiyanın qurultayı mayın 1-də keçiriləcək.
Hayk Marutyan bundan əvvəl partiya yaradıb növbəti parlament seçkilərində iştirak edəcəyini açıqlamışdı. O, Nikol Paşinyan iqtidarına müxalifətdə olacağını demişdi.