Modern.az

Ötən gün vətəndaşlardan 12 ədəd avtomat götürülüb

Ötən gün vətəndaşlardan 12 ədəd avtomat götürülüb

Aktual

29 Mart 2024, 09:42

Polis əməkdaşları ötən gün vətəndaşlardan avtomat, tapança və qumbaralar götürüblər.

 

Bu barədə Modern.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, martın 28-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 12 ədəd müxtəlif markalı avtomat silahı, 2 tapança, 13 qumbara, 4 alışdırıcı, 25 tüfəng, 7 patron darağı və 97 ədəd müxtəlif çaplı patron təhvil götürüblər.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir