Modern.az

Nazim Bəydəmirliyə daha bir ay HƏBS

Nazim Bəydəmirliyə daha bir ay HƏBS

Aktual

29 Mart 2024, 13:29

Həbsdə olan sabiq deputat Nazim Bəydəmirlinin həbs qətimkan tədbirinin müddəti 1 ay uzadılıb.

 

Modern.az xəbər verir ki, barədə Bakı şəhərinin Nərimanov Rayon Məhkəməsində keçirilən iclasda qərar qəbul olunub.

 

Sabiq deputat ötən ilin iyulunda həbs olunub. İttihama görə, bir nəfər vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onu rüsvayedici görüntülərlə hədələyərək 50 min manat pul tələb etdiyini deyib. O, bu il iyunun 24-də N.Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib.

 

Nazim Bəydəmirliyə qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 182.2.2–ci (hədə-qorxu ilə tələbetmə-təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir