Modern.az

Kütləvi məzarlıqdan tapılan ər-arvadın qalıqları dəfn olundu - FOTO

Kütləvi məzarlıqdan tapılan ər-arvadın qalıqları dəfn olundu - FOTO

Aktual

6 Aprel 2024, 13:05

Xocalıda kütləvi məzarlıqdan tapılan ər-arvadın qalıqları bu gün dəfn olunub.

 

Modern.az xəbər verir ki, Xocalı soyqırımı zamanı itkin düşmüş Məhərrəmova Bəsirə Vəli qızı və Məhərrəmov Vaqif Cəmil oğlunun qalıqları bu gün Zabrat qəbiristanlığında dəfn olunub.

 

Qeyd edək ki, daha əvvəl 10 nəfərin, o cümlədən Məhərrəmova Bəsirə Vəli qızı və Məhərrəmov Vaqif Cəmil oğlunun qalıqları müəyyən edilib.

 

Xatırladaq ki, işğaldan azad edilmiş Xocalı şəhərinin mərkəzində (keçmiş xalça fabrikinin yaxınlığında) həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı basdırılmış vəziyyətdə kütləvi insan qalıqlarının aşkar olunması faktı ilə bağlı araşdırmalar aparılır.

 

Qeyd olunan ərazidə həyata keçirilən baxış istintaq hərəkəti nəticəsində aşkar edilmiş insan qalıqlarının müayinəsi zamanı onların ən azı 18 nəfər şəxsə məxsus olması (onlardan 4 nəfərinin azyaşlı olması ehtimal edilir), onların müxtəlif üsullarla işgəncə, fiziki zorakılıq və qeyri-insani rəftara məruz qalmaları, fərdi şəkildə və mənsub olduqları dinin tələblərinə uyğun qaydada dəfn olunmamaları, həmişə tapıla bilmələri üçün lazımi qaydada qorunmaları və nişanlanmalarının təmin olunmaması müəyyən edilib.

 

1337007

1337036

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok