Modern.az

Fransa səfiri Ermənistan-Azərbaycan sərhədinə GƏLDİ

Fransa səfiri Ermənistan-Azərbaycan sərhədinə GƏLDİ

Aktual

22 Aprel 2024, 15:36

Fransanın Ermənistandakı səfiri Olivye Dekotinyinin başçılıq etdiyi nümayəndə heyəti aprelin 22-də Azərbaycanla sərhəd zonasında yerləşən Tavuş vilayətinə səfər edib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, səfiri Tavuş vilayəti qubernatorunun müavini Narek Quşçyan qəbul edib.


Məlumata görə, Qusçyan fransızları Tavuş vilayəti, regionun inkişafının prioritetləri ilə tanış edib, Fransanın müxtəlif strukturları və şəhərləri ilə əməkdaşlığa toxunub.


Tərəflər Tavuşla Fransanın O-de-Sen əyaləti arasında əməkdaşlıq, təhlükəsizlik məsələləri və müxtəlif sahələrdəki münasibətlərin genişləndirilməsinə toxunublar.


Qeyd edək ki, Tavuş vilayəti hazırda Ermənistanın ən gərgin bölgəsidir. İrəvanın 30 ildir Tavuş istiqamətində işğal altında saxlanılan 4 kəndi Azərbaycana qaytarmağa razılaşması diqqətləri bu bölgəyə yönəldib.
Ermənistandakı revanşistlər hazırda bölgədə qarşıqlıq yaratmaq üçün canfəşanlıq edirlər.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok