Modern.az

İordaniya Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışladı

İordaniya Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışladı

Aktual

22 Aprel 2024, 17:34

İordaniyanın Xarici İşlər Nazirliyi (XİN) Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı bu yaxınlarda əldə edilmiş son razılaşmaya öz dəstəyini ifadə edib.

 

Modern.az xəbər verir ki, bu barədə İordaniya Xarici İşlər Nazirliyinin sözçüsü Sufian Qudah açıqlamasında bildirib.

 

Nazirliyin sözçüsü deyib ki, İordaniya iki ölkə arasında sabitlik və təhlükəsizliyin gücləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəklədiyini bir daha bəyan edir.

 

XİN rəsmisi belə razılaşmaların daha geniş sülh danışıqlarına yol açmaqda və qlobal sülh və təhlükəsizliyin gücləndirilməsində əhəmiyyətini vurğulayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok