Modern.az

İlham Əliyevin Rusiya səfəri: Bakı və Moskva regionda yeni reallıqlar formalaşdırır

İlham Əliyevin Rusiya səfəri: Bakı və Moskva regionda yeni reallıqlar formalaşdırır

Aktual

23 Aprel 2024, 15:30

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına işgüzar səfər edib. Rusiya mediası Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu ölkəyə işgüzar səfərinə və Rusiya Prezidenti Vladimir Putin ilə görüşünə geniş diqqət ayırıb. Rusiyanın tanınmış xəbər agentliklərində iki ölkə rəhbərinin görüşünün iki dövlət arasında münasibətlərin inkişafına təkan verəcəyi, Moskva və Bakının Cənubi Qafqazda yeni geosiyasi reallıqların formalaşmasındakı perspektivlər müzakirə edilib.

 

İki ölkə liderinin səfəri əlamətdar bir hadisəyə BAM- nın 50 illik yubileyinə də təsadüf edirdi.

 

Modern.az-ın məlumatına görə, səfərlə bağlı millət vəkili Cavanşir Feyziyev bildirib ki, Avrasiyanın ən nəhəng layihələrindən biri olan BAM-ın tikilməsi və başa çatdırılması bilavasitə həmin dövrdə SSRİ Nazirlər Şurası sədrinin 1-ci müavini vəzifəsində çalışmış Heydər Əliyevin adı ilə bağlıdır:

 

“Bununla yanaşı, iki qonşu dövlətin rəhbərlərinin görüşü hər iki tərəf üçün maraqlı olan digər məsələlərin də müzakirəsi üçün yaxşı bir fürsətdir. Əminəm ki, Azərbaycan və Rusiya liderləri ölkələrimiz arasında siyasi-iqtisadi əlaqələrin mövcud durumunu müzakirə ediblər və əlaqələrin inkişaf perspektivlərini dəyərləndiriblər. Məlumdur ki, dövlət başçılarının görüşü ilə eyni zamanda, Azərbaycan ərazisində müvəqqəti yerləşmiş Rusiya sülhməramlı qüvvələrinin ərazidən çıxarılması prosesi başlanıb. Belə bir şəraitdə regional təhlükəsizlik kontekstində Rusiya-Azərbaycan və Rusiya-Ermənistan münasibətləri, eləcə də Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsi kimi məsələlər mütləq müzakirə mövzusu olub”.

 

1341083

Millət vəkili onu da xatırladıb ki, Rusiya və Azərbaycan arasında 2022-ci ilin fevralında imzalanmış sənədə uyğun olaraq ölkələrimiz arasında müttəfiqlik əlaqələri hökm sürür. Lakin bu, heç bir üçüncü dövlətə və ya tərəfə qarşı deyil.

 

Cavanşir Feyziyev qeyd edib ki, Qazax rayonunun 90-cı illərdə işğal olunmuş 4 kəndinin danışıqlar yolu ilə geri qaytarılması isə Azərbaycan və Ermənistan arasında aparılmış birbaşa dialoqun nəticəsidir:

 

“Bu prosesdə Moskvanın bilavasitə iştirakı yoxdur. Əslində Moskva həm Bakını, həm də İrəvanı özünün müttəfiqi kimi görür və Cənubi Qafqaz ölkələri ilə münasibətlərini məhz bu əsasda tənzimləməyə çalışır. Bunun nə dərəcədə uğurlu olması isə hazırda regionda yaranmış yeni vəziyyətin Rusiya və Ermənistan tərəfindən adekvat dəyərləndirilməsindən asılı olacaq”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok