Modern.az

VI Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib

VI Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib

Aktual

2 May 2024, 17:00

Bakıda VI Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi keçirilib.

 

Modern.az xəbər verir ki, mərasimdə mədəniyyət naziri Adil Kərimli, ISESCO-nun baş direktoru Səlim M. əl-Malik, BMT Turizm təşkilatının baş icraçı direktoru Zoritsa Uroşevi və BMTSA-nın direktoru Nihal Saad çıxış edib.

 

Mədəniyyət naziri A.Kərimli bildirib ki, bu forum əməkdaşlığın inkişafına töhfə verəcək.

 

“ Biz bu forum vasitəsiylə dünyaya bir mesaj çatdırmaq istədik. Mesaj ondan ibarət idi ki, mədəniyyətlərarası dialoqla biz bir çox məsələlərin həllinə töhfə verə bilərik”,- deyə nazir bildirib.

 

ISESCO-nun baş direktoru Səlim M. əl-Malik vurğulayıb ki, mədəniyyətlərarası dialoq sülh və əməkdaşlıq üçün çox əhəmiyyətlidir.

 

“Belə bir mürəkkəb dünyada əməkdaşlıq və dialoq mühim rol oynayır. İSESCO bundan sonra da öz yumşaq gücündən istifadə edərək sözügedən dialoqa töhfə verəcək.

 

Azərbaycana belə bir əhəmiyyətli foruma uğurla ev sahibliyi etdiyi üçün təşəkkür edirəm”,- deyə o əlavə edib.

 

BMT Turizm təşkilatının baş icraçı direktoru Zoritsa Uroşevi həmçinin bildirib ki, Azərbaycan hər zaman mühim tədbirlərəev sahibliyi edib.

 

“Mədəniyyətlərarası dialoq forumu aparıcı bir platformadır. Biz burada bir sıra çağırışların, problemlərin həll yollarını müzakirə etmək imkanı tapdıq.

 

Turizm bütün sahələr üzrə ən əhəmiyyətlisidir. Çünki bu sektor bizim gündəlik həyatımıza təsir edir. Ümid edirəm ki, burada müzakirə olunanları praktikada göstərə bilərik”,- deyə o bildirib.

 

Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının direktoru Nihal Saad əlavə edib ki, forumda müzakirə edilən mövzular hər kəsi ilhamlandırdı.

 

“VI Mədəniyyətlərarası Dialoq Forumu növbəti uğura çevrildi. Mədəniyyət bizim bəşəriyyətimizi daha da zənginləşdirir. Forumlarda adətən çağırışlar, problemlər səsləndirilir. Lakin bu forumda problemlər müəyyən edildi, diaqnostikası aparıldı və həll yolları müzakirə edildi. Ümid edirəm bu tendensiya davam edəcək”,- deyə o bildirib.

 

Qeyd edək ki, “Sülh və Qlobal Təhlükəsizlik Naminə Dialoq: Əməkdaşlıq və Qarşılıqlı Əlaqələr” mövzusunda keçirilən forumda dünyanın müxtəlif ölkələrindən ümumilikdə 700 qonaq iştirak edib.

 

100-dən çox ölkəni təmsil edən iştirakçılar arasında nazirlərlə yanaşı, 60-a yaxın ölkənin mədəniyyət nazirliklərinin, 28 beynəlxalq təşkilatın nümayəndələri var. Forum çərçivəsində on panel müzakirə və dörd plenar sessiyanın keçirilib.

 

Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbir beynəlxalq təşkilatlar, o cümlədən, Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansı (UNAOC), UNESCO, İSESCO və BMT-nin Ümumdünya Turizm Təşkilatının tərəfdaşlığı ilə baş tutub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi