Modern.az

Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanıldı

Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanıldı

Aktual

4 May 2024, 10:36

Mayın 3-də ölkə ərazisində qeydə alınan 71, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 110, o cümlədən borclu şəxs qismində axtarılan 77 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Narkotiklərlə əlaqəli 35, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 9 fakt müəyyənləşdirilib.

 

Cinayət törətməkdə şübhəli bilinən 67 nəfər saxlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi