Modern.az

Hacıqabulda ağacəkmə aksiyası - FOTOLAR

Hacıqabulda ağacəkmə aksiyası - FOTOLAR

Aktual

4 May 2024, 12:56

Hacıqabul rayonunda 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi ilə bağlı Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar ağacəkmə aksiyası keçirilib.

 

Modern.az xəbər verir ki, aksiyada Hacıqabul Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilov, aparatın məsul işçiləri, YAP Hacıqabul rayon təşkilatının sədri İsmayıl İbrahimov və təşkilatın məsul işçiləri, digər idarə, müəssisə və təşkilat rəhbərləri və kollektivləri iştirak ediblər. Hacıqabul-Muğan avtomobil yolunun sağ və sol tərəflərində avtomobil yolunun kənarında keçirilən ağacəkmə aksiyasında ümumilikdə 200 ağac əkilib.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi