Modern.az

Sfera.az 12 yaşında

Sfera.az 12 yaşında

Aktual

6 May 2024, 16:30

Sfera.az xəbər portalının 12 yaşı tamam olur.

 

Modern.az xəbər verir ki, 5 may 2012-ci ildə fəaliyyətə başlayan sayt müstəqil media orqanı olaraq tərəfsizliyini qorumağı bacaran azsaylı media quruluşlarındandır.

 

Xəbər portalı Azərbaycanda baş verən hadisələrlə bərabər, bütün dünyada baş verən ictimai, siyasi, sosial və mədəni hadisələri oxuculara təqdim edir.

 

Saytın auditoriyası yalnız ölkə vətəndaşlarından deyil, eyni zamanda dünyada yaşayan həmyerlilərimizdən təşkil olunub.

 

Qeyd edək ki, saytın təsisçisi Ozal Məmmədovdur.

Whatsapp
Bizə yazın!
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi