Modern.az

 Siyəzənin 5 kəndinin qazı KƏSİLİB

 Siyəzənin 5 kəndinin qazı KƏSİLİB

Aktual

8 May 2024, 11:06

Yenidənqurma işləri ilə əlaqədar Siyəzən rayonunun 5 kəndinə təbii qazın verilişi müvəqqəti dayandırılıb.

 

Modern.az xəbər verir ki, “Yaşma–Siyəzən” ortatəzyiqli qaz kəmərinin Siyəzən ərazisində yerləşən hissəsində qaz xətti üzərində RDQ-150 tipli qaztənzimləyicinin quraşdırılması ilə əlaqədar mayın 8-i saat 10:00-dan etibarən qaz kəməri ilə qaz təchizatı məhdudlaşdırılıb.

 

İşlər görülən müddətdə, ümumilikdə 496 abonenti əhatə edən Siyəzən rayonun Zarat, Candahar, Qalaşıxı, Beşdam və Siyəzən (Qara Siyəzən) kəndlərinin qaz təchizatında fasilə yaranacaq.

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəd pozuldu - Erməni sərhədçiləri Tavuşa yerləşdi