Modern.az

Paşinyanı vəzifədən ancaq xalq uzaqlaşdıra bilər! - Deputat cavab verdi

Paşinyanı vəzifədən ancaq xalq uzaqlaşdıra bilər! - Deputat cavab verdi

Aktual

10 May 2024, 08:57

Ermənistanın baş naziri Nikol Paşinyan erməni xalqının səsi ilə bu vəzifəyə seçilib, ona görə də onu ancaq xalq uzaqlaşdıra bilər.

Modern.az xəbər verir ki, bunu parlamentin hakim “Mülki müqavilə” fraksiyasının deputatı Vaaqn Aleksanyan İctimai Televiziyanın efirində arxiyepiskop Baqrat Qalstanyanın istefa tələbinə münasibət bildirərkən deyib.

O, Ermənistan Respublikasında xalqın nə vaxt hakimiyyəti dəyişmək istəsə, onda dəyişəcəyini qeyd edib. Deputatın fikrincə, hazırda bu, xalqın yox, əvvəlki hakimiyyətin istəyidir.

Qeyd edək ki, ötən gün “Vətən uğrunda Tavuş” hərəkatı Respublika meydanında etiraz aksiyası keçirib. Hərəkatın lideri keşiş Baqrat Qalstanyan Nikol Paşinyana istefa verməsi üçün bir saat vaxt verib, lakin baş nazidən heç bir reaksiya olmayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK - İran prezidenti Rəisi bu səbəbdən ÖLDÜ