Modern.az

Putin Rusiyanın baş naziri postuna namizəd irəli sürdü

Putin Rusiyanın baş naziri postuna namizəd irəli sürdü

Aktual

10 May 2024, 09:24

Xəbər verdiyimiz kimi, mayın 7-də Vladimir Putin prezident andi içəndən dərhal sonra Rusiya hökuməti istefa verib.

Modern.az xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin Dövlət Dumasına ölkənin baş naziri vəzifəsinə Mixail Mişustinin namizədliyini təqdim edib.

Bu barədə parlamentin Aşağı Palatasının sədri Vyaçeslav Volodin məlumat verib.

Rusiya lideri hökumətin istefası haqqında fərman imzalayıb, Nazirlər Kabinetinin üzvləri hazırda səlahiyyətləri icra edən vəzifəli şəxslərdir.

Bu dəfə Nazirlər Kabineti Konstitusiyaya dəyişikliklər edildikdən sonra yeni qaydalara uyğun olaraq ilk dəfə tam şəkildə seçiləcək. Yeni normalara əsasən, baş nazir, baş nazirin müavinləri və əksər nazir yerlərinə namizədlər Dövlət Duması tərəfindən təsdiqlənəcək. Bu, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Xarici İşlər Nazirliyi, Müdafiə Nazirliyi və Ədliyyə Nazirliyinin daxil olduğu “təhlükəsizlik bloku”na təsir etməyəcək - prezident onların rəhbərlərini yalnız Federasiya Şurası ilə məsləhətləşmələrdən sonra təyin edəcək.

Qeyd edək ki, Mixail Mişustin hazırda Rusiya baş nazirninin səlahiyyətlətini icra edir.

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK - İran prezidenti Rəisi bu səbəbdən ÖLDÜ