Modern.az

Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri xiyabanı ziyarət edib - VİDEO

Müdafiə Nazirliyinin rəhbərliyi Fəxri xiyabanı ziyarət edib - VİDEO

Aktual

10 May 2024, 11:24

Mayın 10-da Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Fəxri xiyabanı ziyarət edib.

 

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, nazirliyin rəhbərliyi Azərbaycan xalqının Ümummilli Liderinin məzarı önünə gül dəstələri qoyub, xatirəsini dərin hörmət və ehtiramla anıb.

 

Sonra görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın məzarı ziyarət olunub, üzərinə gül dəstələri qoyulub, ehtiram nümayiş etdirilib.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK - İran prezidenti Rəisi bu səbəbdən ÖLDÜ