Modern.az

Kooperasiya universitetində Heydər Əliyevin xatirəsi yad olunub - FOTO

Kooperasiya universitetində Heydər Əliyevin xatirəsi yad olunub - FOTO

Aktual

10 May 2024, 12:14

Bu gün Azərbaycan Kooperasiya Universitetində xalqımızın Ümummilli lideri, dünya şöhrətli siyasətçi Heydər Əliyevin əziz xatirəsi yad olunub.

 

Modern.az xəbər verir ki, Mayın 10-da Ulu öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib.

 

Tədbirdən öncə Azərbaycan Kooperasiya Universitetinin rəhbərliyi böyük şəxsiyyətin universitetdə yerləşən abidəsini ziyarət edərək önünə tər güllər düzüblər, əziz xatirəsini yad ediblər.

 

Universitetin iclas zalında baş tutan mərasimdə çıxış edən natiqlər Ulu Öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulmasında və inkişafında göstərdiyi misilsiz xidmətlərdən danışıblar.

Bildirilib ki, Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi illər ölkəmizin taleyinin və gələcəyinin müəyyən olunmasında həlledici rol oynayıb. Ümummilli Liderin bizə qoyub getdiyi güclü Azərbaycan bu gün onun layiqli davamçısı, Prezident İlham Əliyevin uğurlu, düşünülmüş siyasəti nəticəsində daha da güclənir, dünyada söz sahibinə çevrilir.

 

Tədbirdə həmçinin Ümummilli lider Heydər Əliyevin keçdiyi tarixi və şərəfli ömür yoluna həsr olunmuş film nümayiş etdirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK - İran prezidenti Rəisi bu səbəbdən ÖLDÜ