Modern.az

Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edəcək

Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edəcək

10 May 2024, 16:10

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev mayın 18-də saat 09:30-da Şəki şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Balakən, Zaqatala, Qax, Şəki və Oğuz rayonlarının sakinlərini qəbul edəcək.

 

Modern.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə istinadən verdiyi məlumata görə, nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, teleradio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

 

Qəbula mayın 17-nə qədər Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Çağrı Mərkəzi (1655) və elektron poçtu ([email protected]), həmçinin 010 250 48 48 və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefonlar vasitəsilə yazılmaq mümkündür.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK - İran prezidenti Rəisi bu səbəbdən ÖLDÜ