Modern.az

Azərbaycanda korrupsiya ilə bağlı məlumat verən şəxslər mükafatlandırılacaq

Azərbaycanda korrupsiya ilə bağlı məlumat verən şəxslər mükafatlandırılacaq

10 May 2024, 17:36

Korrupsiya ilə bağlı hüquqpozmalar üzrə məlumat verən şəxslərin həvəsləndirilməsinə və müdafiəsinə dair təkliflər hazırlanacaq.

 

Modern.az xəbər verir ki, bu, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Korrupsiya və şəffaflıq” işçi qrupunun 2024-cü il üçün Fəaliyyət Planında əksini tapıb.

 

Sənəddə Ədliyyə Nazirliyi, Baş Prokurorluq və İqtisadiyyat Nazirliyinə noyabrın 1-dək təklifləri hazırlaması və aidiyyəti üzrə təqdim etməsi tapşırılıb. (Report)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK - İran prezidenti Rəisi bu səbəbdən ÖLDÜ