Modern.az

Vasif Talıbovun ailəsinə ağır itki - FOTO

Vasif Talıbovun ailəsinə ağır itki - FOTO

Aktual

25 May 2024, 22:15

Talıbovlar ailəsinə ağır itki üz verib.

 

Modern.az TNS-ə istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq sədri Vasif Talıbovun mərhum qardaşı İlqar Talıbovun oğlu Vüsal Talıbov uzun sürən xəstəlikdən sonra vəfat edib.

 

Qeyd edək ki, Vüsal Talıbov Naxçıvan Muxtar Respublikası Prokurorluğunda işləyib, o, Naxçıvanda bir sıra biznes obyektlərinin, restoranların sahibi olub.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Aztv-nin kamerası Ermənistan tırlarını görüntülədi- Sərhədə nə daşınır?