Modern.az

Laçında həlak olan hərbçi dəfn edildi - FOTO

Laçında həlak olan hərbçi dəfn edildi - FOTO

16 İyul 2024, 12:34

Ötən gün Laçında bədbəxt hadisə nəticəsində həlak olan hərbçi dəfn edilib.

 

Modern.az APA-ya istinadən məlumat verir ki, 1981-ci il təvəllüdlü Zaqatala şəhər sakini, müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAXE) Yunis Vasif oğlu Abbasovla vida mərasimi keçirilib. Mərasimdə hərbçinin ailə üzvləri, qohumları, onun qulluq etdiyi hərbi hissənin bir qrup sabit və əsgər heyəti, Zaqatala rayon İcra Hakimiyyəti aparatının nümayəndələri və rayon ictimaiyyəti iştirak edib. Vida mərasimindən sonra Y. Abbasov Zaqatala şəhər qəbiristanlığında dəfn olunub.

 

Qeyd edək ki, müddətdən artıq xidmət edən hərbi qulluqçumuz Yunis Abbasov Laçında uçqun altında qalaraq vəfat edib. Mərhum üç övlad atası idi.

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər