Belarus prezidenti Aleksandr Lukaşenko bildirib ki, onu “diktator” adlandırdıqları dövr artıq çoxdan geridə qalıb.
Modern.az xəbər verir ki, Lukaşenko “Əl-Ərəbiyyə” telekanalına müsahibəsində qeyd edib:
“Bu artıq keçmiş zamandır. Bəli, mən Avropa dövlətlərinin rəhbərləri ilə, o cümlədən aparıcı ölkələrlə görüşmürəm, amma onlarla ya nümayəndələri vasitəsilə, ya da birbaşa əlaqədəyəm, necə ki, bu yaxınlarda Fransa prezidenti Emmanuel Makronla olmuşdu».
Lukaşenko əlavə edib ki, Avropa liderlərindən heç biri artıq onu diktator adlandırmır, çünki bu, gülünc görünür.
Belarus liderinin sözlərinə görə, o diktator deyil, çünki kiməsə öz iradəsini zorla qəbul etdirmək üçün resurslara malik deyil.
Eyni zamanda Lukaşenko jurnalisti onu “Avropanın son diktatoru” kimi tanınan bir siyasətçi ilə müsahibə apardığına görə bu faktı müsbət qiymətləndirməyə çağırıb.