Modern.az

Qubada yolun asfalt örtüyü çökdü - FOTO

Qubada yolun asfalt örtüyü çökdü - FOTO

Aktual

16 İyun 2026, 13:52

Quba rayonunda avtomobil yolu qəzalı vəziyyətə düşüb.

Modern.az xəbər verir ki, Yuxarı Tüləkəran–Möhüc–Yenikənd avtomobil yolunun Əski İqrığ kəndi ərazisindən keçən hissəsində asfalt örtüyü çöküb.

Yolun həmin hissəsində yaranan çökmə səbəbindən nəqliyyat vasitələrinin hərəkətində məhdudiyyət yaranıb. Sürücülərin təhlükəsizliyinin təmin edilməsi məqsədilə ərazidə müvafiq tədbirlər görülür.

Məlumata görə, marşrut boyunca ümumilikdə 7 müxtəlif nöqtədə çökmə qeydə alınıb. Bu isə yolun texniki vəziyyətinin ciddi şəkildə pisləşdiyini göstərir.

Aidiyyəti qurumlar tərəfindən ərazidə vəziyyətin araşdırıldığı və bərpa işlərinin aparılacağı gözlənilir.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin onlara RƏHM ETMƏYƏCƏK! - Kreml lideri qəti qərar verdi