Modern.az

Qədim Azərbaycan şəhərinə dolu düşəcək

Qədim Azərbaycan şəhərinə dolu düşəcək

Qərbi Azərbaycan

Bu gün, 17:52

Gümrü və Aparan şəhərlərində bu gün axşam saatlarında güclü yağışların yağacağı gözlənilir.

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın Hidrometeorologiya və Monitorinq Mərkəzinin direktoru Levon Azizyan məlumat verib.

O, sosial şəbəkə hesabında paylaşdığı açıqlamada yaxın saatlarda hər iki yaşayış məntəqəsində leysan xarakterli yağışların gözlənildiyini bildirib.

“Yaxın saatlarda Gümrü və Aparan icmalarında güclü yağışlar gözlənilir. Eyni zamanda dolu düşməsi ehtimalı da var”, – deyə Levon Azizyan qeyd edib.

Meteoroloq sakinləri hava şəraitinin pisləşməsi ehtimalını nəzərə almağa çağırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ