Ermənistan Mərkəzi Seçki Komissiyası (MSK) 7 iyun 2026-cı il tarixli parlament seçkiləri üçün səslərin sayılmasını başa çatdırıb. Bütün 2005 seçki məntəqəsinin nəticələri hesablanıb.
Səslər aşağıdakı kimi paylanıb:
Nikol Paşinyanın “Vətəndaş müqaviləsi” Partiyası - 727.160 səs (49.81%);
Samvel Karapetyanın “Güclü Ermənistan” bloku - 340.062 səs (23.29%);
Robert Köçəryanın “Ermənistan” bloku - 145.097 səs (9.94%);
Qaqiq Sarukyanın “Çiçəklənən Ermənistan” partiyası - 58.368 səs (4.00%).
Bu nəticələrə əsasən, Ermənistan parlamentində 105 deputat fəaliyyət göstərməlidir.
Hakim “Vətəndaş müqaviləsi” Partiyası parlementdə 61 deputat mandatı qazanıb.
“Güclü Ermənistan” bloku 28 yer, “Ermənistan” bloku 11 yer, “Çiçəklənən Ermənistan” partiyası isə 5 yer əldə edə bilib.
Beləliklə, hazırkı Baş nazir Nikol Paşinyanın sədri olduği “Vətəndaş müqaviləsi” Partiyası bu nəticələrlə seçkinin qalibi olub və yenidən təkbaşına hökumət qurmaq imkanı qazanıb.
Modern.az xəbər verir ki, Ermənistanda hökuməti formalaşdırma qaydaları Konstitusiya və Seçki Məcəlləsi ilə tənzimlənir.
Qanunvericiliyə görə, yeni parlamentin ilk iclası adətən seçkinin nəticələri rəsmi təsdiqlənəndən sonra 10 gün ərzində çağırılır.
Yeni parlament ilk iclasda Baş nazirin seçilməsini müzakirə etməyə başlayır.
Konstitusiyaya görə, prezident (Ermənistanda əsasən formal səlahiyyətlidir) parlamentdə çoxluq qazanan siyasi qüvvəni Baş nazir namizədini irəli sürməyə dəvət edir.
Bu, adətən nəticələrin rəsmi təsdiqindən sonra təxminən 1 həftə ərzində olur.
Daha sonra parlament Baş naziri seçir.
Baş nazir seçildikdən sonra hökumət (nazirlər kabineti) formalaşdırılır.
Qanunvericilikdə yeni hökumətin neçə günə “mütləq qurulmalıdır” kimi bir tarix göstərilməyib, amma praktiki qayda belədir:
Baş nazir namizədliyi 1 həftə sürür;
Səsvermə və təsdiq bir neçə gün çəkir;
Hökumətin tam formalaşması adətən 2–3 həftə (bəzən 30 günə qədər) ərzində yekunlaşır.
A.Qorxmaz