Modern.az

İlk dəfə 8 istiqamətli çarpaz qaraciyər əməliyyatı icra olundu

İlk dəfə 8 istiqamətli çarpaz qaraciyər əməliyyatı icra olundu

Aktual

Bu gün, 15:06

Türkiyədə tibb tarixində ilk dəfə səkkiz istiqamətli çarpaz qaraciyər transplantasiyası əməliyyatı həyata keçirilib.

Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bunu Türkiyənin səhiyyə naziri Kamal Memişoğlu açıqlayıb. Nazir bildirib ki, əməliyyat İnönü Universitetinin Qaraciyər Transplantasiyası İnstitutunda professor Sezai Yılmaz və onun komandası tərəfindən icra olunub. O, bu uğuru tibb sahəsində mühüm mərhələ kimi qiymətləndirib.

Qeyd edək ki, Türkiyədə hər il təxminən 1800 qaraciyər transplantasiyası həyata keçirilir və onların 300-dən çoxu sözügedən institutun payına düşür.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ