Modern.az

Rüstəm Xəlilov Seyidsadıqlı kəndində sakinlərlə görüşdü - FOTO

Rüstəm Xəlilov Seyidsadıqlı kəndində sakinlərlə görüşdü - FOTO

Aktual

Bu gün, 14:26

Salyan Rayon İcra Hakimiyyətinin başçısı Rüstəm Xəlilovun növbəti səyyar görüş-qəbulu Seyidsadıqlı kəndində keçirilib.

Modern.az xəbər verir ki, görüşdə kənd sakinlərinin müraciət və təklifləri dinlənilib, onları narahat edən məsələlər ətrafında müzakirələr aparılıb.

Səyyar qəbulda çıxış edən Rüstəm Xəlilov son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə həyata keçirilən sosial-iqtisadi islahatlardan danışıb. O bildirib ki, dövlət başçısının rəhbərliyi altında görülən işlər və həyata keçirilən layihələr vətəndaşların rifahının yüksəldilməsinə, onların sosial təminatının daha da yaxşılaşdırılmasına xidmət edir.

İcra başçısı vurğulayıb ki, vətəndaş məmnunluğunun təmin olunması rayon rəhbərliyinin fəaliyyətində əsas prioritet istiqamətlərdən biridir. Onun sözlərinə görə, yerlərdə keçirilən bu cür görüşlər əhalinin problemlərinin operativ həllinə, eyni zamanda sakinlərlə yerli icra strukturları arasında qarşılıqlı etimadın möhkəmlənməsinə şərait yaradır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ