Modern.az

Nağı bəy Şeyxzamanlının nəvəsi vəfat etdi

Nağı bəy Şeyxzamanlının nəvəsi vəfat etdi

Allah rəhmət eləsi̇n

7 Mart 2024, 09:12

Azərbaycan Xalq Cümhuriyyəti dövründə milli təhlükəsizlik orqanı olan Əks-inqilab ilə mübarizə təşkilatının rəisi vəzifəsində işləmiş Nağı bəy Şeyxzamanlının nəvəsi Belma Keykurun vəfat edib.

 

Modern.az xəbər verir ki, o, ABŞ-nin Texas ştatında hüquqşünas olaraq işləyirdi.

 

B.Keykurun xərçəng xəstəliyindən dünyasını dəyişib.

 

O, müsahibəsində ailəsinin öncə Türkiyəyə, sonra isə Amerikaya köç hekayəsindən danışmış, babasının və atasının Azərbaycanın azadlıq mücadilədə ön sıralar yer aldığından bəhs etmiş və uzaq Amerikada Azərbaycanın təbliği üçün ailəsinin səylərindən danışmışdı. (Report)

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir