Modern.az
Modern.az 300x100 Reklamınız burada [email protected] 055 946 06 60 Əlaqə
  • Son xəbərlər
  • Foto və Video
  • Redaksiya siyasəti
  • Əlaqə
  • AZ
  • EN
  • RU
  • TR
  • FA
  • UZ
  • HY
  • Modern.az Facebook səhifəsi
  • Modern.az Instagram səhifəsi
  • Modern.az Teleqram kanalı
  • Modern.az Youtube kanalı
  • Modern.az Whatsapp nömrəsi
  • Modern.az X səhifəsi
AZ
  • EN
  • RU
  • TR
  • FA
  • UZ
  • HY
  • Bütün xəbərlər
  • Ölkə
  • Aktual
  • Parlament
  • Təhsil
  • Qərbi Azərbaycan
  • İqtisadiyyat
  • Analitika
  • Dünya
  • Ölkə
  • Aktual
  • Parlament
  • Təhsil
  • Qərbi Azərbaycan
  • İqtisadiyyat
  • Analitika
  • Dünya
  • Diaspor
  • Hadisə
  • İdman
  • Qarabağ
  • Müsahibə
  • Reportaj
  • Media
  • Fotosöhbət
  • Mədəniyyət
Digər
  • Bütün xəbərlər
  • Ölkə
  • Aktual
  • Parlament
  • Diaspor
  • Təhsil
  • Hadisə
  • Qərbi Azərbaycan
  • İqtisadiyyat
  • Analitika
  • İdman
  • Dünya
  • Qarabağ
  • Müsahibə
  • Reportaj
  • Media
  • Fotosöhbət
  • Mədəniyyət
  • Son xəbərlər
  • Foto və Video
  • Redaksiya siyasəti
  • Əlaqə
  • Modern.az Facebook səhifəsi
  • Modern.az Instagram səhifəsi
  • Modern.az Teleqram kanalı
  • Modern.az Youtube kanalı
  • Modern.az Whatsapp nömrəsi
  • Modern.az X səhifəsi

Acıdərə Türk şəhidliyinə yürüş keçirildi - VİDEO

Acıdərə Türk şəhidliyinə yürüş keçirildi - VİDEO

Aktual

15 Sentyabr 2021, 19:53

XX əsr Azərbaycan tarixinin ən şərəfli səhifələrindən biri olan Bakının işğaldan azad edilməsinin 103-cü ildönümü münasibətilə Qobustan rayonu ərazisindəki Acıdərə Türk şəhidliyinə vətənpərvərlik yürüşü keçirilib.

 

Modern.az xəbər verir ki, Müdafiə Nazirliyinin təşkil etdiyi yürüşdə Azərbaycan Ordusunun hərbi qulluqçuları, Türkiyə Silahlı Qüvvələrinin Azərbaycanda akkreditə olunan hərbi attaşelik aparatı əməkdaşları, respublikamızda keçirilən beynəlxalq təlimdə iştirak edən türkiyəli əsgər və zabitlər, Vətən müharibəsinin iştirakçıları və qazilər iştirak ediblər.

 

Türkiyə və Azərbaycanın Dövlət bayraqları ilə bəzədilən avtomobil karvanı yola düşməzdən öncə layihənin müəllifi polkovnik Abdulla Qurbani Azərbaycan-Türkiyə qardaşlığının tarixi barədə ətraflı məlumat verərək deyib: “Azərbaycan və Türkiyə tarixin müxtəlif mərhələlərində eyni taleyi, eyni faciələri yaşayıb. Dəfələrlə bu ölkələr işğalçılar tərəfindən parçalanmaq, onların aralarında bölüşdürülmək təhlükəsi ilə üzləşsə də, zamanın sərt sınaqlarından hər iki ölkə uğurla çıxmağı bacarıb.

 

“Torpaq su ilə qarışanda palçıq, qanla qarışanda Vətən olar” düşüncəsi ilə yaşayan ulu əcdadlarımız bugünkü müstəqil yeni Azərbaycanı və qüdrətli Türkiyə dövlətini bizlərə əmanət edərək əbədiyyətə qovuşublar. Bu, tarixdir və tarixdən heç nəyi silmək olmaz. Tarixinə biganə olan millət öz gələcəyini də sual altında qoyar. Azərbaycan və Türkiyə dar günün, qara günün dostudur, qardaşıdır. Dünən də belə idi, bu gün də belədir, gələcəkdə də belə olacaqdır.

 

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və ulu öndər Heydər Əliyevin “Biz bir millət, iki dövlətik” fikirlərini bir daha yürüş iştirakçılarına xatırladan polkovnik A.Qurbani qeyd edib ki, Nuru Paşanın və türk qoşun hissələrinin Azərbaycana gəldiyi vaxtdan 103 il keçir. Lakin, bu qardaşlıq köməyi, Bakının və digər bölgələrin erməni-bolşevik işğalından azad edərək şəhidlik zirvəsinə ucalan türk qardaşlarımızın qəhrəmanlıqları heç vaxt yaddan çıxmır, xatirələri həmişə əziz tutulur, onlar hörmətlə, ehtiramla yad edilir.

 

Azərbaycan xalqı xilaskar Qafqaz İslam Ordusuna minnətdardır. Böyük Azərbaycan sevdalısı Nuru Paşanın bu kəlamlarına nəzər salmaq kifayətdir ki, türk qardaşlarımızın hansı niyyətlə ölkəmizə gəldiklərinin mənasını dərindən dərk edə biləsən: “Qardaş Azərbaycan türkünün mənafeyi hər bir türk üçün müqəddəsdir. Əgər Azərbaycanın azadlığı yolunda yeni qurbanlar lazım olarsa, ona da hazırıq”.

Bu kəlamların deyildiyi vaxtdan bir əsrdən də çox vaxt ötməsinə baxmayaraq yenə də aktualdır, müasirdir.

 

Acıdərə Türk şəhidliyinə yürüş keçirilib (FOTO/VİDEO) - Gallery Image

 

Bu fikirlərin təsdiqinin biz ötən ilin həm Tovuz döyüşləri, həm də Vətən müharibəsinin ilk günlərindən şahidi olduq, ədalət və haqq savaşımızda yenə də qardaş Türkiyənin böyük dəstəyini hiss etdik. Bu isə bizə daha böyük güc verdi, qələbəyə inamımızı daha da artırdı. Təcavüzkar Ermənistan üzərində qələbə qazanaraq düşməni utancverici məğlubiyyətə uğratdıq.

 

1918-ci ilin sentyabr ayının 15-də də Türkiyə və Azərbaycanın birgə səyləri nəticəsində ölkəmizi parçalamaq istəyən qüvvələr niyyətlərinə çatmadılar. Bakının işğaldan azad edilməsi haqqın nahaq, müstəqilliyin isə köləlik üzərində qələbəsi idi. Bu, ədalət və müstəqillik uğrunda birgə savaşımızın qələbəsi idi.

 

Daha sonra A.Qurbani Bakının işğaldan azad edilməsinin 100 illiyinə həsr olunan hərbi paradı yada salıb: “1918-ci il sentyabrın 15-də Azadlıq meydanında keçirilən hərbi parad Azərbaycan və qardaş Türkiyənin müştərək Zəfər bayramı idi. Bakının qurtuluşunun 100 illiyi ilə bağlı bu möhtəşəm təntənəyə nəinki azərbaycanlılar, eləcə də Anadolu türkləri, bütün Türkiyə sevinirdi. 100 il öncə olduğu kimi, türk əsgəri azərbaycanlı qardaşları ilə birgə yenidən Bakı təntənəsinə qoşulmuş, bu böyük zəfəri qeyd edirdi. Həmin gün qardaş Türkiyənin Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın dediyi kimi “Azərbaycanın sevinci bizim sevincimiz, qüruru bizim qürurumuzdur, dərdi, ağrısı, problemi də bizim problemimizdir. Azərbaycan kədərlənərsə, biz də kədərlənərik, Azərbaycan sevinərsə, biz də sevinərik. Azərbaycanın ən böyük problemi olan Dağlıq Qarabağ məsələsi bizim üçün də eyni dərəcədə ağrılı problemdir” fikirləri yəqin ki, hər birimizin xatirindədir.

 

Acıdərə Türk şəhidliyinə yürüş keçirilib (FOTO/VİDEO) - Gallery Image 

 

Bəli, biz bu problemi də birlikdə həll etdik. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin təbirincə desək, həqiqətən də, bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək zirvədədir. Dünyada ikinci belə nümunə yoxdur ki, iki ölkə bir-birinə bu qədər yaxın olsun, bu qədər bir-birinə arxa-dayaq olsun. Türkiyə nə qədər güclü olarsa, Azərbaycan da bir o qədər güclü olacaqdır.

 

“Dünyanın 34 ölkəsində 78 türk məzarlığı var, Türkiyədən sonra Azərbaycan ən çox türk şəhidinin uyuduğu bir ölkədir. Sovet dönəmində sərt qadağalara baxmayaraq Azərbaycan xalqı bu torpaqlar uğrunda şəhid olan türk əsgər və zabitlərinin məzarlarını qoruyub saxlayıb, onları itib-batmağa, dağılmağa qoymayıb və ziyarətgaha çeviriblər. İndi Azərbaycanın bir çox bölgələrində, o cümlədən paytaxt Bakıda, Naxçıvanda, Göyçayda, Neftçalada, Hacıqabulda, Salyanda, Şəkidə, Şamaxıda şəhid türk əsgərlərinin şərəfinə abidələr ucaldılıb. Bu gün biz Qobustan rayonu ərazisindəki Acıdərə “Türk şəhidliyi”nə yürüş edəcəyik. Türkiyə Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğanın dediyi kimi, buradakı məzarlarda yanaşı uyuyan şəhidlərimiz, eyni zamanda, ölkələrimiz arasında birgə taleyin təmsilçiləridir. Türkiyə və Azərbaycan tarixi bir, mədəniyyəti bir, dili bir, dini bir iki qardaş ölkədir. Uğur olsun qardaşlar! Yürüşümüz başlanır!”.

 

Polkovnik Abdulla Qurbaninin bu sözlərindən sonra hərbi orkestrin ifa etdiyi məşhur “Mehtər” və “Qələbə” marşlarının sədaları altında avtomobil karvanı Acıdərə şəhidliyinə yola düşür.

 

Acıdərə Türk şəhidliyinə gələn yürüş iştirakçılarını Qobustan və Şamaxı rayonlarının ağsaqqalları, ictimaiyyət nümayəndələri, din xadimləri, Vətən müharibəsi qaziləri və gənclər qarşılayıblar.

 

Əvvəlcə Osmanlı İmperatorluğunun ən güclü birliklərindən seçilərək qurulan Qafqaz İslam Ordusunun 1130 şəhidinin xatirəsinə ucaldılan abidənin qarşısına Müdafiə Nazirliyinin adından əklil qoyulub. Ziyarətçilər abidə qarşısına qərənfillər düzüblər. Sonra hərbi orkestrin müşayiəti ilə Türkiyə və Azərbaycan respublikalarının Dövlət himnləri ifa olunub.

 

Anım mərasimində polkovnik Abdulla Qurbani ermənilərin Şamaxı qəzasında törətdikləri qırğınlardan, erməni quldur dəstələrinin başında duran Stepan Lalayanın insanlığa yaraşmayan bəd əməllərindən, günahsız insanların, qadınların, uşaqların amansızlıqla qətlə yetirilməsindən, Şamaxı Cümə məscidinin, eləcə də kənd məscidlərinin vandalcasına yandırılmasından, yaşayış məntəqələrinin viran edilməsindən, var-dövlətin taranmasından ətraflı danışıb, Fövqəladə Təhqiqat Komissiyasının araşdırdığı tükürpədici erməni-bolşevik vəhşiliklərindən söhbət açıb. Nuru Paşanın komandanlıq etdiyi Qafqaz İslam Ordusunun Azərbaycan Milli Ordusunun döyüşçüləri ilə birləşərək 1918-ci ilin iyul ayının 20-dək bütün bu qətliamlara, soyqırımı hadisələrinə son qoyduğu və Şamaxının düşmən işğalından azad edildiyi iftixar hissi ilə xatırlanıb.

 

İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi general-mayor Bəkir Orucov çıxış edərək deyib: “103 il öncə qəhrəman türk sərkərdəsi Nuru Paşanın komandanlığı altında qəhrəman türk əsgəri Azərbaycanın igid oğulları ilə birlikdə burada erməni-daşnaklarına qarşı mərdliklə vuruşaraq, düşmənin layiqli dərsini veriblər. Burada yüzlərlə türk qardaşımız şəhidlik məqamına yülsəlib, neçəsi sağlamlığını itirib, sağ qalanlar isə qələbə əzmi ilə odlardan keçərək Bakıya doğru inamla irəliləyiblər. Savaş meydanında iki dövlət bir millət olan Türkiyə və Azərbaycanın igid övladlarının qanı bir-birinə qarışıb. Biz qardaşlığımızı bundan sonra daha da möhkəmləndirəcək və dünyaya əsl qardaşlığın necə olduğunu göstərəcəyik. Azərbaycan Ordusu qardaş Türkiyənin qüdrətli ordusu ilə birlikdə daha güclüdür, daha qüdrətlidir. Bu birlik, bu həmrəylik isə əbədidir, sarsılmazdır.

 

Vətən Müharibəsi Qəhrəmanı general-mayor Kənan Seyidov Vətən müharibəsinin ilk günündən qardaş Türkiyənin mənəvi dəstəyini hiss etdiyimizi vurğuluyaraq qeyd edib ki, bu gün Türkiyə Silahlı Qüvvələrində qəhrəman Nuru Paşaların on minlərlə, yüz minlərlə davamçıları var və onlar Azərbaycanın haqq savaşında bizimlə bir yerdə olacaqlarını dəfələrlə bütün dünyaya bəyan ediblər. Biz ayrılmaz dostlar, əbədi qardaşlarıq. Bu gün digər sahələrlə yanaşı, Azərbaycan-Türkiyə əməkdaşlığı ən yüksək səviyyədədir.

Qafqaz Müsəlmanları İdarəsinin Şirvan bölgəsi üzrə qazisi, Şamaxı Cümə məscidinin axundu Hacı Mərhəmət Cənubi Qafqazda ən qədim məscid kompleksi olan Şamaxı Cümə məscidinin tarixi barədə məlumat verərək bildirib ki, 103 il əvvəl silahlı erməni-daşnak dəstələri tərəfindən törədilən qırğınlar zamanı Şamaxı əhalisinin xeyli hissəsi məscidə sığınmışdır. Lakin azğınlaşan erməni quldurları heç nəyə məhəl qoymadan məscid binasını insanlarla bərabər yandırmaqdan belə çəkinməyiblər. Əsrlərboyu təbii fəlakətlərə, dağıdıcı müharibələrə sinə gərən Cümə məscidi erməni qaniçənləri tərəfindən törədilən yanğına da davam gətirib. Qafqaz İslam Ordusunun Şamaxını erməni işğalından azad etməsindən sonra bir müddət müsəlmanların üz tutduqları bu müqəddəs ziyarətgah uzun müddət sovet rejiminin qadağalarına məruz qalıb. Lakin XX əsrin sonlarında ulu öndər Heydər Əliyevin sayəsində yenidən təmir edilib, kül altından boy ataraq dini memarlıq abidəsinə çevrilib. Bu gün Şamaxı Cümə məscidini Azərbaycana qonaq gələn, bu diyarda yaşayan türk qardaşlarımız da dəfələrlə ziyarət edir və burada namaz qılırlar.

 

Şamaxı rayon Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Ağarza Bayramov və Qobustan rayon Ağsaqqalar Şurasının sədri Şahbala Bayramovun çıxışları, babalarından eşitdikləri xatirələr yürük iştirakçıları tərəfindən maraqla qarşılanıb.

 

Sonra Acıdərə Türk şəhidliyindəki Naməlum türk zabitinin məzarı ziyarət olunub, önünə çələng qoyulub, qərənfillər düzülüb, dualar oxunub. Burada Vətən müharibəsi qazısı əsgər Qorxmaz Abdurəşidov məzar qarşısında and içib ki, Vətən uğrunda döyüşlərdə bir gözünü itirsə də, bədənində onlarla qəlpə gəzdirsə də, Vətən uğrunda mübarizəyə, şəhidlərimizin ruhunu şad etməyə yenə də hazırdır.

 

Qardaş Türkiyədən gələn yürüş iştirakçıları Qafqaz İslam Ordusunun şəhid döyüşçülərinə göstərilən böyük ehtirama görə Azərbaycan Prezidentinə, Müdafiə Nazirliyinin rəhbərliyinə və yürüşün təşkilatçılarına minnətdarlıq ediblər.

 

Yürüş Türkiyə və Azərbaycanın milli marşlarının səsləndirilməsi ilə başa çatıb.

Modern.az

Daha çox xəbər

Paylaş:
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Oxşar xəbərlər
Hicab azadlığı deyən Səadət Partiyası qadının azadlığını necə görür?

Aktual

15 Oktyabr 2026, 18:45

Hicab azadlığı deyən Səadət Partiyası qadının azadlığını necə görür?

Azərbaycana böhtan atanlar gülünc vəziyyətdə qalacaqlar – komitə sədri

Aktual

15 Oktyabr 2026, 17:41

Azərbaycana böhtan atanlar gülünc vəziyyətdə qalacaqlar – komitə sədri

Dövlətimizin yanındayıq! - Partiya bəyanat yaydı

Aktual

15 Oktyabr 2026, 17:10

Dövlətimizin yanındayıq! - Partiya bəyanat yaydı

AQEM-in yeni Baş katibi Sultan Hacıyev olub

Aktual

15 Oktyabr 2026, 16:49

AQEM-in yeni Baş katibi Sultan Hacıyev olub

Azərbaycan sizin vilayətiniz deyil, daxili işlərinə qarışmayın! – Türkiyəli jurnalist

Aktual

15 Oktyabr 2026, 16:30

Azərbaycan sizin vilayətiniz deyil, daxili işlərinə qarışmayın! – Türkiyəli jurnalist

Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

Aktual

15 Oktyabr 2026, 16:29

Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək

Din xadiminə sui-qəsd hazırlamaqda təqsirləndirilənlərə hökm oxunub

Aktual

15 Oktyabr 2026, 16:23

Din xadiminə sui-qəsd hazırlamaqda təqsirləndirilənlərə hökm oxunub

İlham Əliyev Hakan Fidanı qəbul edib

Aktual

15 Oktyabr 2026, 16:19

İlham Əliyev Hakan Fidanı qəbul edib

Lavrov: “3+3” formatında görüşlər Bakıda keçirilsin 

Aktual

15 Oktyabr 2026, 16:08

Lavrov: “3+3” formatında görüşlər Bakıda keçirilsin 

AQEM Zirvə toplantısında Bakı Bəyannaməsi qəbul edildi

Aktual

15 Oktyabr 2026, 16:05

AQEM Zirvə toplantısında Bakı Bəyannaməsi qəbul edildi

Ukraynanın yenidən silahlanmasına imkan verən atəşkəs olmayacaq

Aktual

15 Oktyabr 2026, 15:53

Ukraynanın yenidən silahlanmasına imkan verən atəşkəs olmayacaq

Ramiz Mehdiyevin növbəti məhkəmə tarixi bəlli oldu

Aktual

15 Oktyabr 2026, 15:45

Ramiz Mehdiyevin növbəti məhkəmə tarixi bəlli oldu

Prezidentlər Asiya ilə Avropanı birləşdirən rəqəmsal dəhlizin açılışını etdilər

Aktual

15 Oktyabr 2026, 15:39

Prezidentlər Asiya ilə Avropanı birləşdirən rəqəmsal dəhlizin açılışını etdilər

Mətbuat Şurası İdarə Heyətinə namizədlərin adları açıqlandı

Aktual

15 Oktyabr 2026, 15:37

Mətbuat Şurası İdarə Heyətinə namizədlərin adları açıqlandı

Saleh Səmədova hökm oxundu

Aktual

15 Oktyabr 2026, 15:18

Saleh Səmədova hökm oxundu

AHİK-in təşkilatçılığı ilə 500-dən çox insan müayinə edildi

Aktual

15 Oktyabr 2026, 15:01

AHİK-in təşkilatçılığı ilə 500-dən çox insan müayinə edildi

“Oqtay Saral qoy elə saralsın” – Aqil Abbasdan Ərdoğanın müşavirinə cavab 

Aktual

15 Oktyabr 2026, 14:31

“Oqtay Saral qoy elə saralsın” – Aqil Abbasdan Ərdoğanın müşavirinə cavab 

MDB Məşvərət Şurasına sədrlik Özbəkistandan Azərbaycana keçib

Aktual

15 Oktyabr 2026, 14:08

MDB Məşvərət Şurasına sədrlik Özbəkistandan Azərbaycana keçib

Rusiya ilə münasibətlər heç vaxt soyuq olmayıb - Paşinyan

Aktual

15 Oktyabr 2026, 13:33

Rusiya ilə münasibətlər heç vaxt soyuq olmayıb - Paşinyan

Rusiya və Türkiyə XİN başçıları Bakıda görüşüb

Aktual

15 Oktyabr 2026, 13:31

Rusiya və Türkiyə XİN başçıları Bakıda görüşüb

Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır - Prezident

Aktual

15 Oktyabr 2026, 13:21

Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır - Prezident

Deputat Mahir Suleymanlı qəbul keçirib - FOTO

Aktual

15 Oktyabr 2026, 13:18

Deputat Mahir Suleymanlı qəbul keçirib - FOTO

Əməkdaşlıq sahəsində boykota yer yoxdur – İsxak Hersoq

Aktual

15 Oktyabr 2026, 13:17

Əməkdaşlıq sahəsində boykota yer yoxdur – İsxak Hersoq

Azərbaycan təzyiqlərə baxmayaraq, beynəlxalq sülh üçün mühüm addımlar atır - İsrail Prezidenti

Aktual

15 Oktyabr 2026, 13:13

Azərbaycan təzyiqlərə baxmayaraq, beynəlxalq sülh üçün mühüm addımlar atır - İsrail Prezidenti

Azərbaycanın sədrliyi ölkələrarasında dialoqu daha səmərəli edir - Mirziyoyev

Aktual

15 Oktyabr 2026, 12:58

Azərbaycanın sədrliyi ölkələrarasında dialoqu daha səmərəli edir - Mirziyoyev

Füzulinin dirçəlişi Azərbaycanın böyük quruculuq əzmini nümayiş etdirir

Aktual

15 Oktyabr 2026, 12:57

Füzulinin dirçəlişi Azərbaycanın böyük quruculuq əzmini nümayiş etdirir

Azərbaycan və Ermənistan arasında yaxınlaşma yeni imkanlar yaradır - Tokayev

Aktual

15 Oktyabr 2026, 12:53

Azərbaycan və Ermənistan arasında yaxınlaşma yeni imkanlar yaradır - Tokayev

Media Türk
Bakıya hücumlar pik həddə çatdı - Türkiyədə nə baş verir?
Son xəbərlər
  • Bu gün, 01:03
    Fransada avtobusla qatar toqquşub, 19 nəfər xəsarət alıb
  • Bu gün, 00:21
    Qarabağ və Şərqi Zəngəzura 13,2 milyard xərclənəcək
  • Bu gün, 00:19
    Azərbaycan-Türkiyə münasibətlərindən danışdılar
  • Bu gün, 00:11
    Azərbaycanın AQEM-ə sədrliyi 2028-ci ilədək uzadılıb
  • Bu gün, 00:06
    Kiyevdə ardıcıl partlayışlar baş verdi
  • 15 Oktyabr 2026, 23:43
    “Milan”dan darmadağın, “Bayer”dən 4 qol
  • 15 Oktyabr 2026, 23:32
    Zelenski Brüsselə gedib
  • 15 Oktyabr 2026, 23:18
    Rusiya ABŞ-yə dizel tədarükünə başlayır
  • 15 Oktyabr 2026, 23:03
    ABŞ İrana qarşı sanksiyaları genişləndirib
  • 15 Oktyabr 2026, 22:43
    Tovuzda qəza: xəsarət alan var
  • 15 Oktyabr 2026, 22:30
    Azərbaycan banklarının MƏNFƏƏT-ZƏRƏRİ - TAM SİYAHI
  • 15 Oktyabr 2026, 22:19
    Putin zərbələrə cavab veriləcəyini dedi
  • 15 Oktyabr 2026, 22:02
    Netanyahu İrana xəbərdarlıq edib
  • 15 Oktyabr 2026, 21:47
    Rusiyadakı neft emalı zavodlarının vurulmasını dəstəklədi
  • 15 Oktyabr 2026, 21:33
    Trans-Xəzər Fiber-Optik Kabel Xəttinin açılışı ilə bağlı videoçarx
  • 15 Oktyabr 2026, 21:25
    Yəməndə prezident sarayı raketlə vuruldu
  • 15 Oktyabr 2026, 21:11
    Bu qurumlarla bağlı qaydada dəyişiklik edilib
  • 15 Oktyabr 2026, 21:03
    Rusiya TRIPP layihəsində iştirak etmək istəyir - Lavrov 
  • 15 Oktyabr 2026, 20:52
    Messinin rekordunu qırdı
  • 15 Oktyabr 2026, 20:37
    İran Oman körfəzində tankeri vurdu
  • 15 Oktyabr 2026, 20:25
    AQEM-in 7-ci Zirvə Görüşündə İlham Əliyevin çıxışı
  • 15 Oktyabr 2026, 20:03
    Hörmüzdə iPhone daşıyan gəmi batdı - qayıqlarla daşıdılar
  • 15 Oktyabr 2026, 19:46
    Ankara Yaxın Şərqdəki güc balansını dəyişdirəcək - siyasətçi
  • 15 Oktyabr 2026, 19:32
    Toyuqları bu şəraitdə kəsirlər - FOTO
  • 15 Oktyabr 2026, 19:14
    BTQ: Fransada insan hüquqlarının müdafiəsində sistemli problemlər var
  • 15 Oktyabr 2026, 19:02
    ABŞ hərbçisinin edamı canlı yayımlanmayacaq
  • 15 Oktyabr 2026, 18:45
    Hicab azadlığı deyən Səadət Partiyası qadının azadlığını necə görür?
  • 15 Oktyabr 2026, 18:30
    AQEM-in 7-ci Zirvə Görüşü ilə bağlı videoçarx 
  • 15 Oktyabr 2026, 18:15
    Həftənin ən yaxşısı seçildi
  • 15 Oktyabr 2026, 18:06
    Netanyahu Suriya Prezidenti ilə gizli telefon danışığını açıqladı
Daha çox
Modern.az reklam yeri

Reklamınız burada

E-mail: [email protected]

+(994 12) 497 87 41, (055) 946-06-60

300x250

Redaktor seçimi
“KQB”dən parlament kürsüsünə: Lukaşenkonun spikeri KİMDİR?
14 Oktyabr 2026, 07:30
“KQB”dən parlament kürsüsünə: Lukaşenkonun spikeri KİMDİR?
Naxçıvanın Bakıdakı yeni nümayəndəsi kimdir? - DOSYE
12 Oktyabr 2026, 20:21
Naxçıvanın Bakıdakı yeni nümayəndəsi kimdir? - DOSYE
Steyk, quzu qabırğası, hinduşkalı plov... - MDB liderlərinə bu yeməklər verildi - FOTO
12 Oktyabr 2026, 15:26
Steyk, quzu qabırğası, hinduşkalı plov... - MDB liderlərinə bu yeməklər verildi - FOTO
Siyasətdən gedənlər: Vüqar Bəyturan necə Vüqar Oruc oldu?
9 Oktyabr 2026, 07:30
Siyasətdən gedənlər: Vüqar Bəyturan necə Vüqar Oruc oldu?
Babəkə bu kənddə xəyanət edilib - Azərbaycanlıların deportasiya olunduğu Şəkinin SİRLİ TARİXİ
8 Oktyabr 2026, 08:50
Babəkə bu kənddə xəyanət edilib - Azərbaycanlıların deportasiya olunduğu Şəkinin SİRLİ TARİXİ
Müəllimlər yalnız bu paltarları geyinə bilərlər: kişilər və qadınlar - SİYAHI
7 Oktyabr 2026, 10:02
Müəllimlər yalnız bu paltarları geyinə bilərlər: kişilər və qadınlar - SİYAHI
Çox oxunanlar
Şeyx hicab məsələsinin arxasında kimlərin dayandığını AÇIQLADI
Şeyx hicab məsələsinin arxasında kimlərin dayandığını AÇIQLADI
İlk Prezident təqaüdçüləri indi haradadır? - VİDEO
İlk Prezident təqaüdçüləri indi haradadır? - VİDEO
İsraillə ticarət edən ölkələrin siyahısı - TƏƏCCÜBLƏNMƏYİN
İsraillə ticarət edən ölkələrin siyahısı - TƏƏCCÜBLƏNMƏYİN
İşdən çıxdığı deyilən məktəb direktorundan açıqlama
İşdən çıxdığı deyilən məktəb direktorundan açıqlama
Bakı tədbirə hazırlaşır - SIXLIQ OLACAQ
Bakı tədbirə hazırlaşır - SIXLIQ OLACAQ
Universitetə imtahansız qəbul ümidi ilə kollec seçənlərə xəbərdarlıq
Universitetə imtahansız qəbul ümidi ilə kollec seçənlərə xəbərdarlıq
Parlament
Deputatların unutmadıqları müəllimləri - Yaddan çıxmayan XATİRƏLƏR
5 Oktyabr 2026, 15:37
Deputatların unutmadıqları müəllimləri - Yaddan çıxmayan XATİRƏLƏR
Deputatlarımız ATƏT PA-nın iclasında iştirak edəcəklər
5 Oktyabr 2026, 11:42
Deputatlarımız ATƏT PA-nın iclasında iştirak edəcəklər
Korrupsiya barədə məlumat verənlərin müdafiəsi üçün yeni qanun hazırlanıb
5 Oktyabr 2026, 10:56
Korrupsiya barədə məlumat verənlərin müdafiəsi üçün yeni qanun hazırlanıb
Yalnız siyasi fenomen ətrafında birləşən qüvvə uğur qazana bilir
3 Oktyabr 2026, 16:07
Yalnız siyasi fenomen ətrafında birləşən qüvvə uğur qazana bilir
Dövlətçilik ənənələrinin davamlılığı və yeni inkişaf mərhələsi
3 Oktyabr 2026, 13:20
Dövlətçilik ənənələrinin davamlılığı və yeni inkişaf mərhələsi
YAP-ın İdarə Heyətinin deputat üzvləri - SİYAHI
2 Oktyabr 2026, 16:54
YAP-ın İdarə Heyətinin deputat üzvləri - SİYAHI
Diaspor
Azərbaycanlı biznesmen 106 milyard dividend götürüb
28 Sentyabr 2026, 14:37
Azərbaycanlı biznesmen 106 milyard dividend götürüb
Kiyevdə Azərbaycan vətəndaşı həlak olub - Zelenski açıqladı
28 Sentyabr 2026, 11:19
Kiyevdə Azərbaycan vətəndaşı həlak olub - Zelenski açıqladı
Hümmət Əliyevin erməni biznesmenlə gizli işbirliyi üzə çıxdı
22 Sentyabr 2026, 16:48
Hümmət Əliyevin erməni biznesmenlə gizli işbirliyi üzə çıxdı
Rusiyada 4 azərbaycanlı deputat seçilə bilər
18 Sentyabr 2026, 12:23
Rusiyada 4 azərbaycanlı deputat seçilə bilər
Rusiya seçkilərə hazırlaşır - azərbaycanlıların seçimi necə olacaq…
14 Sentyabr 2026, 18:19
Rusiya seçkilərə hazırlaşır - azərbaycanlıların seçimi necə olacaq…
Həmyerlimiz PUA hücumunda həlak oldu
12 Sentyabr 2026, 11:30
Həmyerlimiz PUA hücumunda həlak oldu
Qərbi Azərbaycan
Babəkə bu kənddə xəyanət edilib - Azərbaycanlıların deportasiya olunduğu Şəkinin SİRLİ TARİXİ
8 Oktyabr 2026, 08:50
Babəkə bu kənddə xəyanət edilib - Azərbaycanlıların deportasiya olunduğu Şəkinin SİRLİ TARİXİ
Zəngəzur dəhlizi açılıb? - Gorus-Qafan yolunda türk TIR-ları - GÖRÜNTÜ  
22 Sentyabr 2026, 10:13
Zəngəzur dəhlizi açılıb? - Gorus-Qafan yolunda türk TIR-ları - GÖRÜNTÜ  
Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır - GÖRÜNTÜ
21 Sentyabr 2026, 13:49
Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır - GÖRÜNTÜ
Qərbi Azərbaycan İcması bəyanat yaydı
16 Sentyabr 2026, 12:00
Qərbi Azərbaycan İcması bəyanat yaydı
Qərbi Azərbaycan İcması Ermənistanın son reaksiyasını pislədi - BƏYANAT
15 Sentyabr 2026, 09:36
Qərbi Azərbaycan İcması Ermənistanın son reaksiyasını pislədi - BƏYANAT
Ermənilər Bəstiçaya civə töküb? 
14 Sentyabr 2026, 12:45
Ermənilər Bəstiçaya civə töküb? 
Qarabağ
Vətən Müharibəsi Qəhrəmanının son ailə fotosu: Şəhid oldu, oğlunu görə bilmədi
13 Oktyabr 2026, 09:51
Vətən Müharibəsi Qəhrəmanının son ailə fotosu: Şəhid oldu, oğlunu görə bilmədi
“Erməni bayrağının altında uzana bilmərəm...” – Şəhid Səidin son döyüşü
9 Oktyabr 2026, 21:30
“Erməni bayrağının altında uzana bilmərəm...” – Şəhid Səidin son döyüşü
“Ana, quş kimi gedirəm...” – Muradın Hadrutla bağlı yarımçıq qalan arzusu
9 Oktyabr 2026, 16:40
“Ana, quş kimi gedirəm...” – Muradın Hadrutla bağlı yarımçıq qalan arzusu
Ermənilərlə Hadrutda küçə döyüşləri gedirdi - XTQ mənsubu qazimiz
9 Oktyabr 2026, 08:37
Ermənilərlə Hadrutda küçə döyüşləri gedirdi - XTQ mənsubu qazimiz
Maduronun həyat yoldaşı həbsxanada infarkt keçirib
8 Oktyabr 2026, 14:40
Maduronun həyat yoldaşı həbsxanada infarkt keçirib
“Azərbaycan əsgəri atəş açmasaydı, onu elə həmin gün geri qaytarardıq” - Paşinyan
8 Oktyabr 2026, 12:55
“Azərbaycan əsgəri atəş açmasaydı, onu elə həmin gün geri qaytarardıq” - Paşinyan
Əməkdar jurnalist vəfat etdi - FOTO
14 Oktyabr 2026, 17:41
Əməkdar jurnalist vəfat etdi - FOTO
Allah rəhmət eləsi̇n
Türkiyəli müğənni vəfat etdi - FOTO
14 Oktyabr 2026, 13:57
Türkiyəli müğənni vəfat etdi - FOTO
Allah rəhmət eləsi̇n
Kafedra müdiri vəfat etdi
13 Oktyabr 2026, 15:51
Kafedra müdiri vəfat etdi
Allah rəhmət eləsi̇n
Seyfəddin Qəndilovun oğlu vəfat etdi
13 Oktyabr 2026, 13:44
Seyfəddin Qəndilovun oğlu vəfat etdi
Allah rəhmət eləsi̇n
AzTV-nin keçmiş əməkdaşı vəfat edib
12 Oktyabr 2026, 10:38
AzTV-nin keçmiş əməkdaşı vəfat edib
Allah rəhmət eləsi̇n
Ayaz Vəfalı vəfat edib 
11 Oktyabr 2026, 08:53
Ayaz Vəfalı vəfat edib 
Allah rəhmət eləsi̇n
Mobil tətbiqlərimiz:
Modern.az Android tətbiqini yüklə Modern.az iOS tətbiqini yüklə
Mobil tətbiqlərimiz:
  • Modern.az Facebook səhifəsi
  • Modern.az Instagram səhifəsi
  • Modern.az Teleqram kanalı
  • Modern.az Youtube kanalı
  • Modern.az Whatsapp nömrəsi
  • Modern.az X səhifəsi
  • Ana səhifə
  • Ölkə
  • Aktual
  • Parlament
  • Diaspor
  • Təhsil
  • Hadisə
  • Qərbi Azərbaycan
  • İqtisadiyyat
  • Analitika
  • İdman
  • Dünya
  • Qarabağ
  • Müsahibə
  • Reportaj
  • Media
  • Fotosöhbət
  • Mədəniyyət
  • Ünvan: Bakı şəhəri, Səbail rayonu, Maqomayev 3 döngəsi, 1-ci Qəsr döngəsi 78
  • İndeks: AZ 1001
  • Telefon: +(994 12) 497 87 41
  • Whatsapp: (994) 55 946 06 60
  • E-poçt: [email protected]
Müəllif hüquqları qorunur. Modern.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Copyright 2009-2026 modern.az
Powered by
Software Solutions Company | Coresoft
  • Son xəbərlər
  • Foto və Video
  • Redaksiya siyasəti
  • Əlaqə