Modern.az

Ukrayna qalib gəldi

Ukrayna qalib gəldi

Aktual

2 İyun 2022, 08:34

Futbol üzrə Şotlandiya və Ukrayna milli komandaları arasında dünya çempionatının pley-off mərhələsinin təxirə salınmış yarımfinal oyunu keçirilib.

 

Modern.az xəbər verir ki, Qlazqo şəhərindəki “Hempden Park” stadionunda keçirilən oyunu niderlandlı FIFA referisi Denni Makkelli idarə edib.

 

Qarşılaşma Ukrayna yığmasının 3:1 hesablı qələbəsilə başa çatıb. Beləliklə, iyunun 5-də Kardiffdə baş tutacaq matçda Ukrayna və Uels yığmaları dünya çempionatına sonuncu vəsiqənin sahibini müəyyənləşdirəcəklər.

 

UEFA Ukraynadakı vəziyyətə görə yarımfinal və final görüşlərinin vaxtını dəyişmişdi.

 

Qeyd edək ki, futbol üzrə dünya çempionatı noyabrın 21-dən dekabrın 18-dək Qətərdə təşkil olunacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı