Ötən həftə ərzində 3,3 milyondan çox insan koronavirusa yoluxub, 9 mindən çox pasiyent vəfat edib.
Modern.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yaydığı məlumatda deyilir.
Bildirilib ki, mayın 23-dən 29-dək yoluxma hallarının sayı əvvəlki yeddi günün göstəricisi ilə müqayisədə 11 faiz, ölüm hallarının sayı 3 faiz azalıb.
Məlumata görə, həftə ərzində ən çox yoluxma halları ABŞ-da qeydə alınıb (736.298). Sonrakı yerləri Çin (576.367), Avstraliya (294.128), Yaponiya (203.365) və Almaniya (183.844) tutub.
Bundan əlavə, son yeddi gün ərzində ən çox ölüm halları ABŞ-da aşkarlanıb (2.461). Növbəti yerlərdə Braziliya (826), İtaliya (624), Rusiya (605) və Çin (578) qərarlaşıb.