Modern.az

Əliyar Ağayev Millətlər Liqasının matçında

Əliyar Ağayev Millətlər Liqasının matçında

Aktual

2 İyun 2022, 13:56

Azərbaycanın FİFA referisi Əliyar Ağayev UEFA-dan Millətlər Liqasının matçına təyinat alıb.

 

Modern.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, 2-ci turda San-Marino - Malta oyununu idarə edəcək. Ağayevə yan xətt hakimləri qismində Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Rauf Cabarov yerinə yetirəcək.

 

Qeyd edək ki, iyunun 5-də San-Marinonun Serravalle şəhərində keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 17:00-da başlayacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı